Dostum, günəşə bax, torpağa bax, suya bax, buluda bax; lakin, arxana baxma... Arxanca kimin gəlib, gəlmədiyi əhəmiyyətli deyil… Unutma, yolçu dəyişər, yol dəyişər, amma mənzil dəyişməz. Yolçuya baxıb, yolu tanıma. Yola bax, yolçunu tanı, yolçu haqqındakı qiymət hökmünü ona görə ver. Qorxulu olan, yolun yolçusuz olması deyil; Əsl qorxulu olan yolçunun yolsuz olmasıdır; Yolsuz, hədəfsiz, məqsədsiz, qərarsız, çaşmış…
"Ən doğru yol: ən tikansız yoldur" deyənlər səni aldadırlar. Onlar, qaranlıq evlərində itirdiklər şeyi küçə lampasının altında axtaran axmaqlardır. Əhəmiyyət vermə…
Ayağına batan tikanlar, axtardığın gülün xəbərçisidir. Tikanına dözməkdən danışanlar aşiqmiş kimi davrananlardır. Həqiqi aşiq olanlarsa, tikanını da sevərlər.
Dostum, yollar getmək üçündür. Lakin bu həqiqəti də heç vaxt unutma: Getməklə çatılmaz, lakin çatanlar da gedənlərdir.
Yol boyunca; Yola çıxıb lakin getməyənləri, yola oturub, gələn-keçənin ayağına badalaq vuranların, yolda beyinləri dumanlandıran narkotiklərlə kef eldənləri, tikanlı məftillərlə doladığı yolu özünə zindan edib ləngərləyənləri, marafona 100 metr qaçışçısı kimi sürətli girib 50-ci km yola yatanları, yürüşün uzun və yolun zəhmətli olduğunu görüncə getməyi buraxıb, yol-yolçu və mənzil barəsinə boş-boş danışanları, ayağına batan tək bir tikanın gözə soxub ömür boyu fors edənləri, ağ atlı xilaskarı gözləyərək üfüqə baxıb köks ötürənləri, səhv bələdçilərə hiddətlənib yolu satanları görəcəksən.