Quranda göylərin yaradılması ilə bağlı məlumat verən başqa bir ayə isə belədir: "Məgər kafir olanlar göylə yer bitişik ikən bizim onları ayırdığımız, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?” ("Ənbiya”, 21/30). Ayənin "bitişik” mənasına gələn "ratq” kəlməsi ərəb dilində "bir-biri ilə bitişik”, "ayrılmaz bir vəziyyətdə”, "bütünləşmiş” mənalarına gəlir. Yəni bu söz vahid bir tam halında, bütöv olan iki maddəni ifadə etmək üçün işlədilir. Ayədəki "ayrıldığımızı” ifadəsi isə ərəb dilindəki "fatq” feli ilə işlədilib ki, bu ifadə də "bitişik vəziyyətdə olan bir nəsnəni yarıb, parçalayıb çölə çıxması” mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çıxması da ərəb dilində bu kəlmə ilə ifadə olunur. İndi ayəyə təkrar nəzər yetirək. Ayədə göylərlə yerin bir-biri ilə bitişik, yəni "ratq” vəziyyətində olmasından bəhs edilir. Ayədən həmin kəlmədən dərhal sonra gələn "fatq” feli ilə bunların ayrılması bildirilir. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətəndə "Biq banq”ın ilkin görüşünü fikirləşəndə kainatın bütün maddələrinin bir nöqtədə toplandığını görürük. Başqa bir ifadə ilə hər şey, həğğa hələ yaradılmamış olan göylər və yer də bu nöqtənin içində, bir-biri ilə bitişik, ayrılmaz vəziyyətdə idilər. Bundan sonra bu nöqtə şiddətli bir partlayışla yarılır və göylə yer bir-birindən ayrılırlar. |