« Noyabr 2024 » | ||||||
Be | Ça | Çş | Ca | Cm | Şb | Bz |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |
İslam — (ərəb. الإسلام, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir.
"İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:
Beləliklə ümumi nəzər budur ki, İslam yeganə Allaha (ərəb. الله) təslim olmaq, boyun əymək deməkdir.
İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır.[1]
İslam dinini qəbul edənlər müsəlman adlanırlar.
Müsəlmanlar, Allahın buyurduqlarını və İslamın müqəddəs kitabı Qurandan və İslamın Peyğəmbəri Məhəmmədin etdiklərini sünnə öyrənib, özlərinə örnək götürürlər.
Müsəlmanlar hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə həcc ziyarətinə getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri — xums və zəkat, eləcə də fitrə zəkatı verməlidir. Ümumiyyətlə, İslam qanunları tələb edir ki, hər bir müsəlman böyük günahları tərk eləsin.
İslam dünyanın ən geniş yayılmış ikinci böyük dinidir[2] və dünyanın ən tez böyüyən dinlərdən biridir. Dünyada təqribən 1 milyard 200 milyona yaxın müsəlman yaşayır. Əksər müsəlmanlar iki cərəyandan birinə mənsubdur; bunların 80-90% Sünni, 10-20% Şiədir.[10] [11] Müsəlmanların təxminən 13%i ən böyük Müsəlman ölkəsi olan İndoneziyada yaşayır [12] , 25% Cənubi Asiyada [13], 20% Yaxın Şərqdə [14], 2% Orta Asiyada , 4% Cənub-şərqi Asiya ölkələrində və 15% Afrikada. [15]