Gündəlik həyatımızda istifadə etdiyimiz sözlər, düşündüyümüz fikirlər və etdiyimiz hərəkətlər barəsində..
Hər gün biz cür-bə-cür insanlarla rastlaşır, görüşür və söhbət edirik. Bu söhbətlər hamısı cəmiyətimizin içində olan fikir birləşmələridir. Onlar haqda bu gün söhbət açmaq istərdim.
1) Bir insan özunün pis tərəfini, öz eybini görməyə-görməyə digər tanışını tənqid edir.
2) İki dost bir birinin üzünə gülərək, can deyib can eşdirilər amma görüşdən sonra dostundan ayrılan kimi başqa tanışına həmən dostunun dalıcan danışır.
3) Bu yaşadığımız zəmanədə bizim cəmiyətdə bir çox insanlar yaxşılıq edən kimi, bir zaman keçəndən sonra yaxşılıq etdiyi insan ona qarşı bir azca soyuq yanaşan kimi etdiyi yaxşılıqı pis çıxmasın həmən insanın başına vurur.
4) Keçək məktəblərimizə.. Məktəbdə bəzi şagirdlər öz səhfi ola-ola müəlliməni borclu çıxarır və haqsız olduğunu bildirir.
5) Bir birinə dost deyən insanlar elə an olurki dostu pis vəziyətə düşəndə və yaxud pulu qurtaran kimi dostu atır, mobil telefonunu söndürür və dosta pis günündə dayaq olmur.
6) Çox gənclər deyirki sevgi yoxdur. Bir tanıdığım insandan soruşanda ki. nəyə görə deyirsən sevgi yoxdur, mənə cavabında dedi ki, "Sevgi yoxdur, çünki sevgi rasxodtdur." Dedim niyə elə deyirsən dedi ki, məndə bir vaxtlar çoxda varlı deyildim normal nəvaciblə yaşayırdım. Bir qıza çox vuruldum, onu sevdim.. Qıza çox bağlanmışdım, hər gün görüşürdük. Qız da mənim kimi çox varlı deyildi. Bir gün görüşdə ona dedim ki, sənin ürəyin nə istəsə və hara getmək istəsən səni aparacam imkan daxilində amma bilki sevgi pul ilə ölçülmür mən səni çox istəyirəm. Qızda dediki məndə səni çox istəyirəm və pula görə sevmirəm. Amma qız hər gün bahalı kafelərə və restoranlara getməyi tələb edirdi, özünə cür-bə-cür bahalı əşyalar aldırırdı. Sonra mənim pulum qurtarmaqa başlayırdı, pul çatdırmırdım, qızdan ayrıldım. O gündən bəri sevgiyə nifrət edirəm və pul ilə sevgini ölçən qızlara da. Düzünə qalsa elə qızların çoxusu oğlan istəyən kimi oğlanın pulunu soymağa başlayırlar. Ona görədə Sevgi yoxdur.. Çünki sevgi ruslar demişkən rasxotdur.
7) Küçədə gəzərkən yolda dilənçilərə rast gəlirik, yəqinki hər birimiz.. Amma indiki dövürdə yalançı dilənçilər də çoxalıb. Əsl pulda ehtiyacı olan dilənçini yalançı dilənçidən ayırmaq çətinləşib.
8) Spirtli İçki içən və siqaret çəkən insana deyəndə ki, səhhətinə zərəldi deyirki: ”Sən bilmirsən onların ləzzətini, çox şey itirirsən.”
9) Siqaretin üstündə yazılır: ”Səhiyyə Nazirliyi xəbərdarlıq edir ki, siqaret səhhətiniz üçün zərəldir!” Amma siqaret həm satılır həmdəki bu yazıları görən insanlar siqaret alırlar da, çəkirlər də.
10) Internet saytlarında elə şəkillər və yaxud videolar olur ki, yazılılrki 18+ yadaki 16+ o yaşdan aşaqı uşaqlara baxmaq olmaz amma o sözə kimdir baxan, yaşı az olanda baxır..
Qeyd: bu mətində olan yazılar ümümləşdirilmiş şəkildə deyil! Yəni cəmiyətimizdə rastlaşdığım bir hissə insanlar haqqındadır...