"Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin." ("Əhzab" surəsi, 33). 1. Mömin sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar. 2. Allaha and olsun ki, məni mömindən başqa heç kim sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz. 3. Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir. 4. Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur. 5. Müsəlman müsəlmanın aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin....اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً

Sorğu

İSLAM DİNİNİN 5 ŞƏRTİNDƏN HANSINA ƏMƏL EDİRSİNİZ?
Cəmi verilmiş səslər: 25

Statistika / Hava proqnozu



Online-da cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil ol

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il

Banner






Axtar

Təqvim

«  May 2024  »
BeÇaÇşCaCmŞbBz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Праздники Азербайджана

Xəbərlər

Saytlar

Quran dinlə və yüklə

Quran neçə dildə

Namazı belə qılaq

Dini audiolar


VideoTube
Audioteka


Lüğət

C

Cari su – yerdən qaynayan və axan su (bulaq kimi)

D

Diyə - şəriət terminlərindəndir. İslam qanunlarına əsasən, qəsdən cinayət törətmiş hər bir şəxs etdiyi əmələ müvafiq cəza çəkməlidir. Ancaq bəzi əməllər nəticəsində başqalarına zərər yetirən şəxs zərərçəkənə cərimə ödəməlidir. Bu cəriməyə "diyə” deyilir. Diyənin miqdarı törədilən cinayətin ağırlığından asılıdır. Məsələn, xüsusilə ağır olan qətl cinayətinə görə, cani ya öldürülməli, ya da zərərçəkən tərəfə diyə ödəməlidir. Bəzən əks tərəf diyəni qəbul etməklə razılaşır və beləliklə cani ölümdən xilas olur. Diyənin hökmləri mürəkkəbdir, bu barədə ətraflı məlumat almaq üçün mütləq şəriət kitablarına müraciət olunmalıdır.


E

Ehtiyat-lazim -  ehtiyat-vacib

Ehtiyat-müstəhəb -  ehtiyat olunması yaxşı, lakin vacib olmayan əməl

Ehtiyat-vacib -  ehtiyat olunmasi vacib əməl. Harda bu söz gələrsə təqlid edən şəxs başqa

Müctəhidin təqlidinə keçə bilər.(Ayətullah Zəncaninin müqəllidlərindən başqa)


Ə

Əcanib -   qeyriler, yadlar

Əcir -   bir iş müqabilində mənfəət alan şəxs

Ə’dəl – daha ədalətli

Ədl - Gerçəkliyi xəlq edən Allah adildir. Bütün insanların haqqını özünə verir və heç kimin haqqını tapdamır. Səbəbsiz olaraq bəndələri arasında fərq qoymur. Ümumilikdə obyektiv gerçəkliyə müsavat (bərabərlik) deyil, ədalət hakimdir. Ədalətin icrasında insanların layiq olduqları yeri tutmaları şərtdir. Məsələn, sinifdə olan şagirdlərə bilik və ləyaqətlərinə uyğun şəkildə qiymət vermək ədalətli hesab olunur. Bunun əksi isə ədalətsizlikdir. Başqa sözlə desək, ədalətsizlik hər hansı bir insanı hüquqlarından məhrum etməkdir. Digər varlıqların Allah üzərində heç bir haqqı olmadığı üçün heç bir zülmdən söhbət gedə biməz. Prinsipcə, "zülm” acizlik, cahillik, vəzifəpərəstlik kimi hallardan qaynaqlanır. Allahın müqəddəs zatı (substansiyası) isə hər növ nöqsan və qüsurdan uzaqdır. O, alim və müdrikdir. Heç bir işi məsləhətsiz olaraq görmür. Varlıq aləminə verdiyi və ya aldığı hər şey bu və ya digər məsləhətin tələbilə olmuşdur. Bəzi şeylər bizə faydasız görünürsə, demək, bu bizim biliyimizin məhdudluğundan irəli gəlir. Bildiyimiz kimi, həkimin verdiyi resept, onun ehtiva etdiyi dərmanların hansı pereparatlardan və necə hazırlandığını, bizə hansı təsiri göstərəcəyini bilməməyimizə baxmayaraq, sağlamlığımızı təmin edir.
Əhkami-xəmsə – vacib, haram, müstəhəb, məkruh ve mübah əməllərin ümumi adı

Əhvət -  ehtiyat

Ə’ləm -  daha  elmli

Əmvalul-möhtərəm -  icazəsiz istifadə olunmayan əşyalar

Əqva -  daha güclü

Əzhər – daha zahir

Əvr’ə -  yalnız günahdan deyil, hətta şübhələrdən belə çəkinən insane

Əmr-be-məruf (əmr bil-məruf) -    yaxşı işlərə dəvət 
Ətqa -   ən təqvalı

H

Hədisi-qüdsi - İlahi Peyğəmbərlər və ya canişinlərin Allah-Taaladan nəql etdikləri sözlərə deyilir. Hədisi-qüdsi ilə Quran arasında bir sıra fərqlər vardır. Məsələn, Qurandan fərqli olaraq Hədisi-qüdsi təhrifdən amanda deyil, onu namazda oxumaq olmaz, o, Cəbrayıl (ə) vasitəsilə nazil olmayıb, o, yalnız vəhylə nazil olmur və s.  Hədisi-qüdsinin sayı barədə vahid nəzər yoxdur. İndiyədək həm Əhli-beyt (ə), həm də Əhli-sünnə məzhəblərinin alimləri Hədisi-qüdsi barədə ayrıca kitablar yazıblar. Onlar arasında aşağıdakıları qeyd etmək olar: "Əl- İttihafatus-səniyyə fil-əhadisil-qüdsiyyə” (Şeyx Əbdür- Rauf əl-Munadi), "Əl-Bəlağul-mubin fil-əhadisil-qüdsiyyə” (Seyyid Xələf əl-Hüveyzi), "Əl-Cəvahirus-səniyyə fil-əhadisil-qüdsiyyə” (Şeyx Hürr əl-Amili). Hədisi-qüdsinin misalı olaraq bu hədisi qeyd etmək olar: Peyğəmbər (s) deyib: "Allah-Taala buyurub:”Oruc Mənim üçündür və Mən özüm onun savabını verəcəyəm”.


Hidayət - lüğəti mənası "doğru yola yönəltmə”, "doğru yol göstərmədir. «Hidayət» kəlməsinə Qurani-Kərimin müxtəlif surələrində tez-tez rast gəlmək olar. Bu söz əsasən iki mənada işlənmişdir: təkvini və təşrii hidayət. Təkvini hidayət dedikdə, bütün varlıq aləminin tabe olduğu nizam nəzərdə tutulur. Allah-Taala bütün yaradılışı müəyyən qanunlara uyğun olaraq hidayət edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin nizamlı hərəkəti təkvini hidayətin misalıdır. Təşrii hidayət ilahi elçilər, səmavi kitablar vasitəsi ilə gerçəkləşir və insanların mənəvi təkamülünə səbəb olur. Bu halda, Allahın insanı hidayət etməsi üçün mütləq insanın özünün iradəsi olmalıdır.

Q

Qəlil su – kür sudan az və yerdən qaynamayan su

İ

İbnis-səbil - yol xərci qurtaran ya yol xərcini itirən müsafir, hətta öz vətənində imkanlı olsa belə

İcarə -   mənfəət  müqabilində başqasının mülkünə çevirilən qərardad, müqavilə
İctihad və təqlid – müsəlman öz dini vəzifələri barədə qərara gəlmək istədiyi yerlərdə kifayət qədər məlumatlı olmalı, kifayət qədər məlumatı olmadığı hallarda qərar qəbul edə bilmədiyindən yerinə yetirmək istədiyi işlərdə ya özü mütəxəssis olmalı, ya da mütəxəssislərdən soruşmalı və onların göstərişinə əsasən əməl etməlidir. Aydındır ki, bütün dini maariflərin kitabdan və sünnədən əldə edilib çıxarılması hər kəs üçün deyil, yalnız azsaylı bir dəstə üçün müyəssər ola bilər. Beləliklə, dini hökmləri dini mənbələrə istinadən əldə edənlərə müctəhid, onların əməlinə ictihad, müctəhidə müraciət edən şəxsə müqəllid, onun müraciət etmə işinə isə təqlid deyilir. Qeyd olunmalıdır ki, təqlid yalnız füru ud-dində (əməli İslamda) mümkündür. Əqidə məsələlərində təqlid etmək olmaz, bu cür məsələləri insan öz ağlı ilə dərk etməlidir.

İftar -   orucu açmaq ya sındırmaq

İhdas – təsis etmek

İhraz -  əldə etmək, qazanmaq

İhtilam -  yuxuda cünub olan, qüsla düşən şəxs

ixfa – gizlətmək

İxfat -  yavaş oxumaq

İ’lan  -   aşkar etmək

İmam – rəhbər

İmam-camaat -  namazda iqtida olunan şəxs

İmrar maaş – ömrü keçirmək

imsak – cekinmek

İnas və zukur -  oğlan və qızlar, kişi və qadınlar

İnqilab -  dəyişmə, çönmə (fiqhi terminologiyada). Məsələn, şərabın sirkəyə çönməsi.

İntiqal -  nəcis bir şeyin pak bir şeyə qarışmasıdır. Məsələn,  insan qanının ağcaqanada keçməsi.

İnzal -  məni xaric etmek (fiqhi terminologiyada)
İsar – "fədakarlıq, haqq uğrunda özündən keçmək” deməkdir. İnsan yaşadığı mühitdən, yönəldiyi əqidədən asılı olmayaraq fitrəti ilə başa düşür ki, müqəddəs hesab etdiyi şeylərin yolunda ölüm belə səadətdir. Baxmayaraq ki, din məntiqində bu məsələ başqa hər bir məntiqdən daha aydın, təsəvvür və xurafatdan uzaqdır. Çünki dinin göstərişi ilə öz dini cəmiyyətini müdafiə edərək canını fəda edən bir şəxs bilir ki, heç bir məhrumiyyətə düçar olmamış, özünün Allah yolunda fəda etdiyi bir neçə günlük həyatı vasitəsilə daha şirin, daha dəyərli və daha əbədi olan bir həyatı əldə etmişdir. Doğrudan da onun xoşbəxtliyi heç vaxt aradan getməz.İslamda şəhadət və Allah yolunda şəhid olmaq kimi müqəddəs bir iş və onun əzəməti heç bir saleh əməl vasitəsilə əldə oluna bilməz.
İstibra – özunu nəcasətdən təmiz saxlamaq (növləri və qaydaları haqda risalələrdə  şərh verilib)

İstihazə – qadınlarda olan aylıq xəstəliklərdən biridir

İstihalə -  nəcisin başqa bir şeydə həll olub getməsidir. Məsələn nəcis bir ağacın yanıb külə dönməsi.

İstirbah – mənfəət istəmək

İstilam -  soruşmaq

İstifta -   müctəhidin özündən soruşmaq

İstitaət -  yol, fiziki durum və maliyyə baxımından Həcci yerinə yetirməyə imkanı olan şəxs

İstizhar -  heyz olub-olmamasında şəkk edən qadın

İstimna - məninin xaric olmasına səbəb olan bir iş

İstiyla -  qələbə

İşkallı -  yerinə yetirilməsinə icazə verilməyən

İrtimas -  qüsl üçün suya batmaq və ya dəstəmaz üçün üz və əlləri suya batırmaq

İyqa -  bir tərəfli qerardada deyilir. Çəsələn, vəsiyyət və ya talağ

İztirar -  çarəsizlik, məcburiyyət

K

Kitab əhli, (Əhli-Kitab) -  Qurandan qeyri kitab sahibi olan peyğəmbərlərin davamçıları, yəhudi ve masihi kimi

          
Kutubul-ərbəə - tərcümədə "dörd kitab” deməkdir. Dini termin olaraq dörd əsas hədis kitablarının toplumuna deyirlər. Buraya daxildir: "Əl-kafi” (16121 hədis, müəllifi Şeyx Məhəmməd ibn Yəqub Kuleyni), "Mən la yəhzuruhul-fəqih”  (5920 hədis, müəllifi Şeyx Səduq), "Təhzibul-əhkam” (13590 hədis, müəllifi Şeyx Məhəmməd Tusi) və "Əl-istibsar fi muxtələfə minəl əxbar” (5511 hədis, müəllifi Şeyx Məhəmməd Tusi). Qeyd edək ki, bu topluma həmçinin "Əl-cəvamiul-əvvəliyyə”("ilkin hədis topluları”) da deyilir. 
Kür su  -  o sudur ki, bir qabın içinde olsun və onun çəkisi 377 - 480 kq dir(alimlərin nəzərlərindən asılı olaraq)

L

Ləhv alətləri – günah işlərdə və haram əyləncələrdə istifadə olunan musiqi alətləri

M

Məad – hərfi mənası "qayıdış” deməkdir. İslam dininin əsas sütunlarından biridir. Demək olar ki, bütün din və məzhəblərin insanları başlanğıc nöqtəyə (hər şeyin ilkin səbəbi olan Tanrıya doğru) dəvət etməsi daim məadla yanaşı olmuş və peyğəmbərlər bu dünyanın əbəs yerə yaranmadığını, ölümdən sonrakı həyatda gördüyü bütün işlər üçün insanın mühakimə olunacağını xatırlatmışlar. Qurani-Kərim bu haqda buyurur: "Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?" (Muminun, 115). Məad məsələsi təkcə nəqli (ənənəvi - Quran, hədis və s.) dəlillərlə deyil, həm də elmi, fəlsəfi - rasional yollarla isbat edilir. Bu mövzu ilə bağlı etiqadi kitablarda geniş müzakirələr aparılmışdır. 
Muzaf su – bir şeydən alınma və ya qarışıq suya deyilir. Camaat arasında ona "su” deyilmir. Məsələn meyvə suyu,şərbət, gülab və s.

Müstəhəb - Ərəb sözüdür. Lüğəti mənası sevilən, bə- yənilən deməkdir. İslam şəriəti terminologiyasında vacib olmayıb, lakin görülməsi savab olan işlərə, əməllərə deyilir. Ümumiyyətlə İslam fiqhində bütün əməllər ehkam baxımından beş hissəyə bölünür. Bunlar vacib, haram, müstəhəb, məkruh və mübah əməllərdir. Vacib görülməsi zəruri olan əməllərə deyilir. Haram əməllərin isə, əksinə, görülməsi qadağandır. Məkruh əməllərin görülməsi isə qadağan olmasa da, bəyənilən deyil. Bu dörd kateqoriyanın heç birinə daxil olmayan və görülüb-görülməməsinin ehkam baxımından fərqi olmayan əməllərə mübah əməllər deyilir.

Mütləq su – heç nədən alınmamış və heç nə ilə qarışmamış sudur. Qrışmış olsa belə camaat arasında ona "su” deyilsə, mütləq su sayılır.

N

Nübuvvət – "peyğəmbərlik” deməkdir. İslam mənbələrində (ayələr, rəvayətlər) insanın yaradılışının müxtəlif məqsədləri göstərilmişdir. Bütün bu məqsədləri özündə əks etdirən başlıca amal insanın İslamın göstərdiyi təlim-tərbiyə konsepsiyasına müvafiq olaraq təkmilləşməsidir. Yaddan çıxartmaq lazım deyil ki, Allahın sınaqları, onun nəticədən xəbərsizliyi deyil, əksinə, insan təbiətində mövcud olan (aktual) keyfiyyətləri bu yolla üzə çıxartmaqdır (potensiala çevirməkdir). Belə ki, sınaq insanın yaxşı və pis əməllər qarşılığında mühakimə ediləcəyindən xəbərdar olması üçün bir vasitə rolunu oynayır və onu bu "Vicdan məhkəməsi” qarşısındakı sınaq imtahanında qazandıqlarına təslim edir. Nəticə olaraq qeyd etməliyik ki, insan idrak və əməl vasitəsilə nail olduğu təkamül yoluna qədəm qoymuş və bu yolda davamlı olaraq irəliləməsi üçün doğru yol göstərən birisinə ehtiyaclıdır. Bu da ilahi peyğəmbərdir.

Ö

Övla -   daha yaxşı, daha layiq

P

Peyğəmbər - fars dilindən tərcümədə "xəbər gətirən” deməkdir. Allahla bəndələr arasında rabitə yaratmaq, İlahi qanunları insanlara çatdırmaq vəzifəsi peyğəmbərlərin üzərinə düşür. Rəvayətlərə əsasən, Allah bəşəriyyətə 124 min nəfər günahsız peyğəmbər gön- dərmişdir ki, bunların birincisi Həzrət Adəm (ə), sonuncusu isə Həzrət Məhəmməddir (s). İlahi peyğəmbərlərə iman gətirmək İslam dininin üçüncü sütunudur (nübuvvət). Peyğəmbərlər iki cür olurlar: bəziləri yeni şəriət gətirir (rəsul), bəziləri isə başqa peyğəmbərin şəriətini təbliğ edirlər (nəbi). Məsələn, Musa peyğəmbər (ə) rəsul olub, onun qardaşı və yardımçısı Harun peyğəmbər (ə) isə nəbi.

S

Səhabə - lüğətdə "dost” və "rəfiq” mənalarına malikdir. "Əshab” isə onun cəm formasıdır. Dini terminologi- yada isə müsəlman olan halda İslam Peyğəmbərini (s) görən və o həzrət (s) ilə birgə olan və habelə müsəlman halda vəfat edən şəxsə səhabə deyilir. Qeyd etmək lazımdır ki, İslam Peyğəmbərinin (s) bir çox səhabəsi olmuş, amma onların hamısı eyni məqam və dərəcədə olmamışlar.

Sünnə və hədis - "Sünnə” ərəb sözü olub, lüğətdə "ənənə” və ya "bəyənilmiş yol” mənalarını daşıyır. Dini terminologiya baxımından isə «Sünnə» sözündən məqsəd, Həzrət Muhəmmədin (s) və onun məsum Əhli-Beytinin (ə) sözü və rəftarından, onlar tərəfindən təsdiq olunmuş əməllərdən  ibarətdir.   "Hədis” ərəb lüğəti baxımıdan  "qədim bir şeyi əks etdirən söz, iş və hadisə”yə deyilir. Dini terminologiyada İslam Peyğəmbəri (s) və onun məsum Əhli-Beytinin (ə) sözü, rəftarı, onlar tərəfindən təsdiq olunmuş əməllər barədə  nəql olunmuş kəlamlara deyilir. Bu termin bir cox vaxtlar səhabələrin də sözünə aid edilir.  Hansı əməllərin Sünnə olub-olmaması hədislərdən məlum olur.

T

Tabein - İslam Peyğəmbərini (s) görməyən, lakin o həzrətin səhabələrini müsəlman olan halda görən və müsəlman halda da vəfat edən şəxslərə deyilir.

Təfsir – hərfi mənası "üstdən örtük götürmək”dir.  Termin olaraq "təfsir” Quran ayələrinin şərhinə deyilir. Allah Təalanın Öz bəndələrinə lütf və mərhəməti olan Quran-i Kərimdə insanın Haqqa hidayəti üçün lazım olan hər bir şey var. Məlumdur ki, bütün bəşəriyyət üçün əbədi hidayət mənbəyi sayılan Quranda müxtəlif mühüm mətləblərə ümumi şəkildə yanaşılır. Digər tərəfdən hər bir insan İlahi Kitabı öz mənəvi və elmi səviyyəsinə uyğun başa düşür. Bütün bunlar isə insanlar arasında çaşqınlıqlara səbəb ola bilər. Quranın dini elmləri dərindən mənimsəmiş alimlər tərəfindən xüsusi izahına, yəni təfsirinə ehtiyac buradan doğur.

Tohid – Allahın təkliyi deməkdir. Dinimizin ilk və ən vacib sütunudur. Allahın təkliyinə etiqad İslamda sadəcə olaraq mühüm yer tutmur, Allahın təkliyinə etiqad İslamın özüdür. İstər nəzəri, istərsə də əməli İslam yalnız və yalnız vahid məbuda iman üzərində qurulub. Müsəlman hər əməlini yalnız vahid Allahın rizayəti üçün etməlidir. Eyni zamanda bütün ibadətlər Allahı tanımaq üçün vasitədir. Tohidin əksi olan şirkdir, yəni Allaha şərik qoşmaq. Şirk dinimizdə ən böyük və bağışlanmasına ümid olmayan yeganə günah sayılır.

Türbət - ərəb dilindən tərcümədə "torpaq” deməkdir. Əsasən "türbət” İlahi övliyaların məzarından götürülmüş torpağa deyilir. Türbətdən təbərrük məqsədilə istifadə edilir və həmçinin namaz zamanı İmam Hüseyn (ə) türbətindən düzəldilmiş möhürə səcdə etmək böyük savaba malikdir. Şəriətə əsasən, vəfat etmiş müsəlmanı dəfn edərkən yanağının altına və sinəsinə azacıq türbət tökmək savabdır. Kərbəla türbətinin isə şəfaverici xüsusiyyətləri barədə müxtəlif rəvayətlər var.

U

Ulul-əzm - ərəbcə lüğəti mənası əzəmətli, əzəmət sahibi deməkdir. Ulul-əzm peyğəmbərlər dedikdə, İslam terminalogiyasında beş əsas peyğəmbər – Nuh, İbrahim, Musa, İsa və yaradılışın əşrəfi olan Muhəmməd (s) nəzərdə tutulur. Bu peyğəmbərlərdən hər biri özünəməxsus xüsusiyyətlərə görə digər peyğəmbərlərdən fərqlənir. Onları birləşdirən ümumi cəhətlər isə hər birinin ümumbəşəri dinlərin baniləri olması, insanlara yeni kitab və ilahi qanunlar gətirmələridir. Umuri-hisbiyyə –yerinə yetirilməsinə şəriət sahibinin razı olduğu işlər. Məsələn, yetimlərə köməklik 

Ü

Ücrətül-misl -  oxşar icarə, biri  müəyyənləşməmiş məbləğə iş görübsə, ona başqasının bu işi gördüyü məbləğ miqdarında əmək haqqı vermək.

Üsul ud-din – dinin kökləri deməkdir. Üsul ud-din İslamın beş təməl prinsipinin toplusudur. Bura Tohid (Allahın təkliyi), ədl (Allahın ədaləti), nübuvvət (peyğəmbərlərə iman), imamət (12 imamın vilayəti) və məad (Axirətə iman) daxildir. İslam alimlərinin fikrincə, Tohid, nübuvvət və məada etiqadı olan hər kəs müsəlman sayılır və əksinə, bu üç bənddən birini qəbul etməyən şəxs müsəlman deyil.

Üsuli-məzhəb -   məzhəbin əsası ( imamət və ədl)