"Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin." ("Əhzab" surəsi, 33). 1. Mömin sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar. 2. Allaha and olsun ki, məni mömindən başqa heç kim sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz. 3. Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir. 4. Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur. 5. Müsəlman müsəlmanın aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin....اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً

Kateqoriyalar

Sorğu

İSLAM DİNİNİN 5 ŞƏRTİNDƏN HANSINA ƏMƏL EDİRSİNİZ?
Cəmi verilmiş səslər: 25

Statistika / Hava proqnozu



Online-da cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil ol

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il

Banner






Axtar

Xəbərlər

Saytlar

Quran dinlə və yüklə

Quran neçə dildə

Namazı belə qılaq

Dini audiolar


VideoTube
Audioteka


Məqalələr kataloqu

Baş səhifə » Məqalələr

Kataloqda olan cəmi materiallar: 10
Göstərilib: 1-10


Dostum, günəşə bax, torpağa bax, suya bax, buluda bax; lakin, arxana baxma... Arxanca kimin gəlib, gəlmədiyi əhəmiyyətli deyil… Unutma, yolçu dəyişər, yol dəyişər, amma mənzil dəyişməz. Yolçuya baxıb, yolu tanıma. Yola bax, yolçunu tanı, yolçu haqqındakı qiymət hökmünü ona görə ver. Qorxulu olan, yolun yolçusuz olması deyil; Əsl qorxulu olan yolçunun yolsuz olmasıdır; Yolsuz, hədəfsiz, məqsədsiz, qərarsız, çaşmış… 

"Ən doğru yol: ən tikansız yoldur" deyənlər səni aldadırlar. Onlar, qaranlıq evlərində itirdiklər şeyi küçə lampasının altında axtaran axmaqlardır. Əhəmiyyət vermə…

Ayağına batan tikanlar, axtardığın gülün xəbərçisidir. Tikanına dözməkdən danışanlar aşiqmiş kimi davrananlardır. Həqiqi aşiq olanlarsa, tikanını da sevərlər.

Dostum, yollar getmək üçündür. Lakin bu həqiqəti də heç vaxt unutma: Getməklə çatılmaz, lakin çatanlar da gedənlərdir.
Yol boyunca; Yola çıxıb lakin getməyənləri, yola oturub, gələn-keçənin ayağına badalaq vuranların, yolda beyinləri dumanlandıran narkotiklərlə kef eldənləri, tikanlı məftillərlə doladığı yolu özünə zindan edib ləngərləyənləri, marafona 100 metr qaçışçısı kimi sürətli girib 50-ci km yola yatanları, yürüşün uzun və yolun zəhmətli olduğunu görüncə getməyi buraxıb, yol-yolçu və mənzil barəsinə boş-boş danışanları, ayağına batan tək bir tikanın gözə soxub ömür boyu fors edənləri, ağ atlı xilaskarı gözləyərək üfüqə baxıb köks ötürənləri, səhv bələdçilərə hiddətlənib yolu satanları görəcəksən.
Мои статьи | Baxılıb: 528 | Müəllif: defaultNick | Tarix: 21.03.2011 | Şərhlər (2)


Bundan əvvəl mövzunun sonluğunda Allah-Təalanın, elçisi və peyğəmbəri Muhammədə [s.a.s] təvəkkülü əmr etdiyi 9 ayəni xatırlatmışdıq. O ayələrin bir qismi Məkkədə, bir qismi isə Mədinədə nazil olmuşdur. Həmçinin qeyd etmişdik ki, o ayələr yalnız, peyğəmbərə "təvəkkül et” deyə əmr buyurulan ayələrdir. Ümumən isə təvəkkül haqqında başqa ayələr də vardır ki, o ayələrin bir qismini də burada xatırlatmaq bizim hamımız üçün faydalı olar.

"O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. [Özünə] ancaq Onu vəkil et!” [Muzzəmmil, 9]. Bu ayə, Rəsulullaha [s.a.s] vəhy olunan ilk ayələrdən biri idi. O zaman Rəbbi Ona [s.a.s] ağır bir kəlamı nazil və eləcə də böyük bir işi həvalə etdiyini bildirmişdi. Bütün bunlara qatlanmaq və tab gətirmək üçün də Rəsuluna yalnız Allaha güvənməyi və təvəkkül etməyi tövsiyə edirdi.

Başqa ayətlərdə də Rəbbimiz təvəkkül haqqında belə buyurur; "De: "O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tamamilə azğınlıq içində olduğunu [tezliklə] biləcəksiniz.” [Mülk, 29].

Мои статьи | Baxılıb: 458 | Müəllif: defaultNick | Tarix: 21.03.2011 | Şərhlər (0)


"Nəhayət onların arxasından elə bir nəsil gəldi ki, onlar namazı buraxdılar; nəfslərinin arzularına uydular..."

Həmd, heç bir şəriki olmayan, yaradan, yaşadan, idarə edən, öldürən, dirildən, hesaba çəkən və eləcə də aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salat, Onun uca Peyğəmbərinə, sevgili müəllimimizə... Salam, o Peyğəmbərin əhli beytinə, səhabələrinə, onun izini təqib edib, onun yolunda ölənlərə.

Müsəlman olmaq və özünü İslama aid etmək, ancaq İslama uyğun praktiki əməllərlə mümkündür. Şüphəsiz ki, Allaha iman etməyin nə demək olduğunu dərk edən bir möminin edəcəyi ilk tövhid əməli namazdır. Peyğəmbərimizin ifadəsiylə: "İman təmənnidən ibarət deyil." Namaz, icrası vacib olan qəlbin, ağılın və əzaların təsdiq etdiyi hərəkətlər bütünüdür. Namaz, möminin ürəyində iz buraxan bir nurdur. İmanın praktik həyata əks olunmasıdır. Bəli, namaz, imanı təmənnidən, nəzəriyyədən, quru sözlərdən qurtarmaq və əmələ çevirməkdir. Rəbbimizə haqqı ilə qul olmaq istəyiriksə, bu həqiqəti yaxşı dərk etməli və gündəlik həyatımıza əks etdirməliyik.

Namazın əhəmiyyətinə dair bir çox əsərlər yazılıb. Lakin hələ də namazlarımız namaz olmayıb, həyatımızdakı təsirini göstərməyib. Bunun səbəbi, əhəmiyyətinin anlaşılmamağından, Allahın istədiyi və Rəsulullahın öyrətdiyi kimi icra edilməməyindən qaynaqlanır. Buna görə istədik ki, "bilinməyənləri" deyil, "edilməyənləri" yenidən xatırladaq.

Мои статьи | Baxılıb: 436 | Müəllif: defaultNick | Tarix: 21.03.2011 | Şərhlər (0)


Sevgini bəsləyən bir çox qaynaqlar var. Bunlar olmadan sevgi, uzun müddət yalnız olaraq yaşaya gətirə bilməz. Sevgi bu qaynaqdan bəslənərsə o sevgi sağlam və uzun ömürlü olar. Bunlar əmək, münasibət, tanımaq, məsuliyyət və hörmətdir.

Əmək: Ən təbii sevgi əməyə istinad edən sevgidir, çünki bu cür sevginin içərisində ilk budağı şəfqət yaradır. Allahın quluna, ananın övladına, bağbanın çiçəklərinə, memarın əsərinə olan sevgisi də bu cür bir sevgidir. Sevən sevdiyinə əmək sərf etmiş, özündən bir şeylər qatmışdır. İnsanlar çörəklə doyar, əməklə böyüyər, sevgi ilə yaşayarlar.

Münasibət: Münasibət də sevginin təzahürlərindəndir. Bir şeyi sevib ona münasibət göstərməmək düşünülməzdir. Məsələn, Allahı sevdiyinizi söyləyir, amma Onun əmrlərinə münasibətsiz qalırsınız, bu sevgi boş bir iddia olar.
"De ki: Əgər Allahı sevirsinizsə mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, qoruyandır.” [3/31]
Bəli, yaradıcımız sevgimizi isbat etməyimizi istəyir, bunu Onun sevdiklərini də sevərək etməyimizi, bunu onlara tabe olaraq etməyimizi diləyir. Onun sevdiklərinə etina göstərərək, onun qoyduğu qanunları həyata hakim qılaraq etməyimizi istəyir. Unudanların unudulacağını bilməyimizi istəyir: "Onlar Allahı unutdular, Allah da onları unutdu” [9/67].
Мои статьи | Baxılıb: 456 | Müəllif: defaultNick | Tarix: 21.03.2011 | Şərhlər (0)


İbadət qulluqdur. Könüllü qulluq. Bir qulun yaradana təşəkkürü. Onu başqa yaradılmışlardan seçərək insan olaraq yaratdığı üçün, ona ağıl, idrak, vicdan verdiyi üçün Rəbbinə ödədiyi şükür borcudur.

 Allah "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” [51:56] deyir. Deməli sənin yaradılış məqsədin yalnız ibadət etmək üçündür. Sən ancaq bunun üçün yaradılmısan. Bundan başqa hər şey yalandır. Allah səni niyə yaratdığını, səndən nə istədiyini sənə Öz Kitabında, - Qurani Kərim də, - bildirib. Sən də Allahdan nə istədiyini ona duanla, - namaz, - ibadətinlə bildirirsən. Beləcə qul və Rəbb arasında bir bağ qurulmuş olur. Qul qulluğunu icra etdikcə Allah ona yaxınlaşır, onun görən gözü, eşidən qulağı olur…

 Allaha ibadət etmək qəlb işidir. Məcburi deyil. Sənə bir ağıl, iradə verilir və sən seçimini edirsən. İnsan olmağı, qulluq edib, "Əşrəfi məxluqat” olmağı seçirsənsə, Rəbbin bu seçiminə görə səni cənnətinə əbədi sakin olaraq yerləşdirir. "Sonu ölümlü dünyadır, qoy bir az kef edim, onsuz da cənnət də, cəhənnəm də bu dünyadadır” deyib "Əfsəli səfil” olmağı seçirsənsə, Rəbbim söz verdiyi kimi səni cəhənnəm atəşinə atacaq. Amma bununla hər şey bitməyəcək. Bunula hər şey başlayacaq. Orada ölüm yoxdur, əbədi yanmaq var. Orada peşimançılıq bir fayda verməyəcək.

Мои статьи | Baxılıb: 459 | Müəllif: defaultNick | Tarix: 21.03.2011 | Şərhlər (0)


Rəbbimiz bizi örtünməyə çağırır! Bizi təqva libasına bürünməyə, təpədən dırnağa gözəlcə qapanmağa çağırır. Zinət yerlərimizi örtməyə, vücud xətlərimizi bəlli etməyəcək bir şəkildə geyinməyə, baş örtüklərimizi sinəmizə qədər örtməyə çağırır. "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çəksinlər, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini… başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını yerə bərk vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!” [ən-Nur, 31] 

Allah, bizim örtünməyimizi istəyir. Bizi yaradan, bizi tanıyan və bizi sevən istəyir bunu. Dünyanı var edən, insanı bu dünyaya sakin edən, yeganə nüfuz sahibi, yeganə haqq olan Allah istəyir örtünməyimizi. Allah, qoyduğu qanunların yaşanmasını, Onun əmrlərinə sözsüz itaət etməyimizi istəyir… 

Başında hicab gəzd

Мои статьи | Baxılıb: 427 | Müəllif: defaultNick | Tarix: 21.03.2011 | Şərhlər (0)


Həyat nə qədər həqiqətdirsə, ölüm də bir o qədər həqiqətdir. Fəqət insanların həyatlarına baxsanız dilləri ilə bunu söylədikləri halda, yaşantıları ilə "Həyat həqiqət, amma ölüm yalandır” mesajını verirlər. İşlərinə baxırsınız, heç də bir gün öləcək olan insanın işlərinə bənzəmir. Rəbbimiz bu həqiqəti necə də gözəl ifadə edir: "Elə binalar tikirsiniz ki, sanki içində əbədi qalacaqsınız!” [Şuara; 129]

Mənə elə gəlir ki, öləcəyimizi sadəcə bilirik. Halbuki, bir şeyi bilmək başqa şeydir, ona inanmaq isə başqa şey. Məsələn; eyni imtahana eyni gün müraciət edən iki fərqli tələbəni düşünün. Birinci tələbə imtahan vermək üçün müraciət etdiyi gündən etibarən həyatını dəyişdirir. Artıq ona küçədə o qədər də tez-tez rast gəlmirik. Qoltuğunda kitablar, daima oxuyur, imtahana düşə biləcək suallar və problemlərlə bağlı mütəxəssislərə müraciət edərək hazırlaşır. İkinci tələbə isə, imtahan üçün müraciət etdiyi gündən etibarən həyatına qaldığı yerdən əvvəlki kimi davam edir. Həyatında önəmli bir dəyişiklik olmur. Amma yeri gəldikdə hər iki tələbə də "Mənim filan tarixdə imtahanım var” deyir. Burada diqqət çəkmək istədiyimiz həqiqət budur ki, birinci tələbə imtahana girəcəyinə iman edib, ikinci tələbə isə imtahana girəcəyini sadəcə bilir. Bilmək ilə inanmaq arasındakı fərq budur. Yuxarıdakı misalda, imtahana girəcəyini bilən tələbə ilə imtahana iman edən tələbə arasındakı fərq nədirsə, öləcəyini bilən insan ilə öləcəyinə iman etmiş insan arasındakı fərq də odur. 

Мои статьи | Baxılıb: 754 | Müəllif: defaultNick | Tarix: 21.03.2011 | Şərhlər (0)


 "Niyə varsan?” şəklindəki suala "yox olmaq üçün” şəklində cavab vermək, var olan və yaşanılan hər şeyi bir anda mənasızlaşdırmaq deməkdir. Belə ki, siz bir şey düzəldərsiniz və sizdən soruşarlar: "Bunu niyə düzəltdin?” Cavab verirsiniz: "Yox etmək üçün?” Və ya belə də cavab verirsiniz: "Düzəltmək üçün düzəltdim!” Nəticədə hər iki cavab da olduqca mənasız olur, insanın özünü, həyatı və varlığı tanımadığını, olub bitənlərdən qəflət içində yaşadığını göstərir.

Halbuki, Cənabı Allah Quranı Kərimdə belə buyurur: "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı anarlar. Göylərin və yerin yaradılması haqqında düşünərlər. Rəbbimiz Bunu boş yerə yaratmadın [deyərlər]. Sən Ucasan, bizi atəş əzabından qoru. ” [Ali İmran; 191]

İnsan var olan hər şeyi bir anda necə mənasızlaşdırar? Hər şeyin bir mənası var. Həyatın, ölümün, ağacların, dağların, insanların, heyvanların, dənizlərin və s. Burada bizi maraqlandıran şey ölümdür. Elə hesab edirəm ki, ölümün mənasını dərk etdiyimiz zaman hər şey bir məna qazanacaq. Gəlin, "ölüm bir dirilişdir” cümləsindən çıxış edərək yaşadığımız həyatı və varlıqları nəzərdən keçirməyə başlayaq.

Мои статьи | Baxılıb: 575 | Müəllif: defaultNick | Tarix: 21.03.2011 | Şərhlər (0)


İnsan həyatı daimi bir yürüyüşdədir. Beşikdən məzara səfər halında, səfərdəyik. Önümüzdə uzanan yeddi ayrı mərhələ, yeddi pillə var. Elmdə üstün olanlar yoldakı hər mənzilə bir ad verib. Nəfsimiz bu mərhələlərdən bir-bir keçmədən, özünü ayrı bir varlıq sanmaqdan imtina etmədən səfərini tamamlayıb Haqq ilə bütünləşməz. İnsan yalandadır, ziyandadır, zənndədir. Yeddi pilləni çıxmadıqca həqiqətə çata bilməz.İlk mərtəbənin adı "Nəfsi Əmmarə”dir. Bu korlanmış, çiy və daim başqalarını günahlandıran nəfs mərhələsidir. Çox təəssüf ki, rü boyu bu mərhələdə ilişib qalır. Bu məngənədən xilas ola bilmir. Dünyəvi işlərdən başqa heç nə düşünməyən, pula, iqtidara, mövqeyə tamah edən bir "Mən" zənniylə yaşayan insan bu mövqedədir. Burda olanları dərhal tanıyırsan. Daima başqalarını günahlandırar, tənqid edər, müzakirə edər; dedi-qodu edər və böhtan atar; qətiyyən özlərində qüsur tapmaz; başqalarını mühakimə edər; şübhə, inamsızlıq və qürur iqlimində yaşayarlar. Onları tanımaq çətin deyil. Sən özün də nə vaxtsa bu mərhələdə olduğun və özünü tanıdığın üçün onları da tanıyarsan. Madam ki, insanıq və madam ki, bəşər dediyin çaşar, nəfsi əmmərəyə düşməyənimiz yoxdur. Önəmli olan o çuxurdan tez çıxa bilməkdir.

 

Мои статьи | Baxılıb: 598 | Müəllif: defaultNick | Tarix: 21.03.2011 | Şərhlər (0)

Kiçik bir parça insanların fikrini və rəyini necə dəyişə bilər? Qadın bu parçanı başına örtərsə onun öz fikriləri və ya şəxsiyyəti dəyişərmi? Yəni bu yaylıq belə dəyişikliklər etməyə qadirdirmi?

 

Hicabdan və İslamdan qorxanlar, bu parçadanmı qorxurlar, yoxsa bu örtüyün bir simvol kimi daşıdığı mənadan?

 

Bütün bu suallara "Cassidy Herrington” da cavab tapmaq istəyib. Qərar verdiyi işdə ciddi olaraq addım atmaq və doğru cavablar tapmaq üçün o, belə bir təcrübə keçirməyi düşünüb: Müsəlman cəmiyyətini daha yaxşı tanımaq üçün, bir ay müddətinə hicab örtməyi qərarlaşdırıb.

2010-cu il oktyabr ayının birindən sonuna qədər hicab örtüb və həyatını qaldığı yerdən davam etdirir.

Мои статьи | Baxılıb: 482 | Müəllif: defaultNick | Tarix: 21.03.2011 | Şərhlər (0)