QƏLƏM SAHİBİ, VƏTƏNİNİ SEVƏN İNSAN |
İnsan övladı dünyaya göz açanda ən birinci kəlməsi ana sözüdür. Anasız həyat viranə qalmış bağlara bənzəyir. Ancaq suyunu içib, havasını aldığımız, üstündə gəzdiyimiz torpaq bizə ana Vətən deyilmi? Hər bir azəri övladı, əqidəsi, ağılı olan insan öz ana Vətənini, torpağını sevməlidir. Və gələcək nəsillərə Vətən haqqında öz töhfəsini əsirgəməməlidir. Bildiyimiz kimi Gəncə Azərbaycanın qədim şəhərlərindən biridir. Gəncə öz şairləri, bilikli, istedadlı insanları ilə həmişə dünya xalqlarına örnək olmuşdur. Dünya miqyasında özünü tanıdan şairlərdən biri də Nizami Gəncəvidir. Ustadlar dili ilə desək, söz tanrısı adlandırmaq olar. Bundan başqa Gəncə şəhəri böyük sərkərdələr, şairlər yetişdirmişdir. Bunlardan Cavad xan, Məhsəti Gəncəvi və başqalarını göstərmək olar. RƏSMİ ARAYIŞ Haqqında söhbət açacağım şəxs Rövşən Əli Azəri adı ilə hamını heyran qoyan, Gəncə şəhərin də dünyaya göz açan bir insandır. Hal-hazırda Gəncə şəhərində yaşayıb-yaradır. Rövşən Əli Azəri şair, yazıçı-publisist bir şəxsdir. Qarabağ müharibəsi başlayanda könüllü olaraq torpaqlarımızın qorunmasında ermənilərə qarşı vuruşmuşdur. Azərbaycanın fəxri vətəndaşıdır. İslam forumun, QHT-lər forumunun, Jurnalistlər, Yazıçılar, Beynəlxalq vəkillər kolegiyasının üzvüdür. Rövşən Əli Azəri Azərbaycanın suverenliyi uğrunda daimi meydanlarda ön sırada öz sözünü qorxmadan deyən bir insan olmuşdur. Dəfələrlə Beynəlxalq müşahidə, exsitpollda müşahidəçi, məşvərətçi ,vəkil qismində iştirak etmişdir. Seçkilər ərəfəsində seçici və namizəd olaraq iştirak etmişdir. Jurnalist kimi haqqı yazmasına görə daim dövlətin məmurları, güc struktorları tərəfindən, incidilmiş, cəzalandırılmış, yazmasına qadağalar qoyulmuşdur. Bu səbəbdən incidilmiş jurnalistlər siyahısındadır. Bəşəriyyət də olan Müqəddəs ziyyarətlərin zəvarıdır. İran İslam Respublikasın da olan Mühəmməd Peyğəmbərin (S) nəvəsi olan.Qərib İmam Rızanın nəslindən olan "Yedgərlər” nəslinin fəxri nümayəndəsidir.25-ildən artıqdır ki, Namaz-Oruc-Quran əhlidir. Ali təhsilidir. Dünya elmi ilə yanaşı həm də yerli və xaricdə fəaliyyət göstərən məsçid, mədrəsə və zaqafqaziya islam inistutunun tələbəsidir. Rövşən Əli Azəri Dövlət qulluğunda ən ali vəzifələrdə çalışmışdır. Rövşən Əli Azəri "Bəşəriyyətdə islam faciəsi”iki cildən ibarət, "Adəmnən xatəmə”, "Xəyyam ata”, "Şer toplusu”, "Qəmli talelər”iki cildən ibarət, "Bəşəriyyət gözəllikləri”, "Müsəlmanlar bilməlidir” adlı bir neçə kitabın müəllifidir. Eyni zamanda o, Azərbaycanda "Əhli-beyt” cəmiyyətinin "Sirr qapısı” Azad Mətbuat Mərkəzinin (informasiya agentliyinin,MMC-nin) redaksiyasının təsisçisidir. Rövşən Əli Azəri Molla Nəsrəddin,Qurd Qapısı,Reallıq,Rəy,Əsrin Güzgüsü,Zərbə,Taran,Difai,Turan Eli,Əsrin Kirpisi,Dinmə Sus,Region Xəbəbər,Saglamlıq Keşiyində,Millət Naminə,Maraq Dünyası,Düz Xəbər,Əsrimizin Mədəniyyəti,Xəbər İNFO,Şəhidlik Uğrunda qəzetlərində,Əsrin Qolçomaqları,Xoca Nəsrəddin,Dərdli Molla Nəsrəddin,Molla Nəsrəddin Dünyası jurnalında və Sirr Qapısı redaksiyasının xətti ilə Rövşən Xaliqoğlu,Rövşən Əlibəyli,Gözəgörünməz Adam,Mətbuatın Baronu,Media Kapitanı,Xilaskar, Demokrat,Haqqı Deyən,Ölümünən Qorxmaz,Yenilməz,Məğlib Edilməz,Allah Carçısı,Hacı Beydulla,Məmur Əzrayılı,Rövşən Əliyev təxəlüsləri ilə bir çox mətbuat səhifələrində Tənqid,Fileton,Satirik məqalələri çap edilmişdir.Rövşən Əli Azərinin Mətbuat səhifələrində 5.000 - mindən artıq məqalənin müəllifidir. Dövlətinə, dilinə, dininə sadiq bir insandır. Sədaqətli, qorxmaz bir insandır. "Əhli beyt” cəmiyyətində hər il qəbiristanlıqda pulsuz Quran oxutdurur.Uşaqlar və qocalar evinə yardımlar edir. Xeyriyyəçi vətənpərvər kimi dini və milli bayramları, matəmləri və mövludları təşkil edir. Şəhid ailələrinə kompüter, xarici dil kursları və peşə kursları təşkil edir. Pulsuz dini kitablar paylayır."Cavad xan”filmində Sisyanovun zabitlərindən biri kimi kinoya,Alfa qrupunun ehtiyyatda olan kəşviyyat geniralı kimi filmə çəkilmişdir,Mafiya rəhbər kimi kilipə çəkilmişdir. 5-ə yaxın xarici dil, 15-ə yaxın kompüter də proqram bilir."Qızıl qələm”,"Qızıl Sünbül” və "Azad Qələm” mükafatçısıdır.Əməkdar jurnalist vəAzərbaycan bayrağı ordeni ilə tərtif olnmuşdur. Tanınmış tənqidçi, satirik, yumoristik jurnalistlərdən biridir.Ailəlidir 3-uşağı var.Evladının biri fitri istedad,birisi 18 oktyabr dövlət müstəqilliyin də,biri isə 31 mart Azərbaycanlıların soyqrımı günün də anadan olmuşdur. Əziz Rövşən Əli Azəri, bu ömür yolunda sizə ən ali vəzifələr, ulu Tanrıdan can sağlığı arzu edərək sizinlə vidalaşıb ayrılırıq. Tanrı sizə yar olsun. İlahi Amin . |