NAMAZ ÖYRƏNİRİKNamaz hər bir müsəlmana vacib buyurulmuş bir ibadətdir. Bütün digər ibadətlər kimi namaz vasitəsilə insan Yaradanına öz sədaqətini nümayiş etdirərək Ona yaxınlaşır, saflaşır, ülviləşir.Allah-Təala buyurur: "İman gətirən bəndələrimə de ki, namaz qılsınlar!.." (İbrahim surəsi, ayə 31)Rəbbimiz namazla bağlı Qurani-Kərimdə çoxlu ayələr nazil etmiş, onu yetkinlik yaşına çatmış hər bir müsəlmana vacib buyurmuşdur. Uca Yaradanına saf imanı olan hər bir şəxsin bu ilahi buyruğu səmimi qəlblə həyata keçirəcəyi şübhəsizdir.Namaz qılmaqla insan:- Allahla daim ünsiyyətdə olur və Ona sığınır;- Allaha şükr edənlərdən olur;- Allahdan istək və arzularını diləyir;- Allahdan bağışlanma və doğru yola hidayət olunmağı diləyir;- Allah qarşısında bəndəlik itaətini nümayiş etdirir;- Allaha olan mütləq sevgisini təzahür etdirir...Bununla insan bütün çirkin və rəzil işlərdən təmizlənir, xeyirli işlərə yönəlir və öz əməllərini Uca Allahın razı qaldığı işlərə yönəltməklə ülviləşir və əbədi səadətə yetişir.Gəlin Allahın çağırışına səs verək, Ona sığınaq və bir dəfə gəldiyimiz bu dünyada gözəl və xoşbəxt yaşayaq, bununla da dünya və axirətdə əbədi səadətimizi təmin edək! Beləliklə, biz Rəbbimizin çağırışına səs verərək Onun buyruğunu, Onun qarşısında öz bəndəlik vəzifəmizi layiqincə yerinə yetirmək üçün hər birimizə vacib buyurulan namazı öyrənirik.Nəzərinizə yetiririk ki, bu kitabçada gündəlik namazların bütün vacib olan əməlləri izahlı şəkildə öz əksini tapmışdır. Buraya əsasən vacib və namaz qılmaq üçün kifayət olan əməllər daxil edilmişdir. Bundan əlavə müstəhəb (savab) olan digər zikrlər, dualar da vardır ki, onlarla maraqlananlar digər dini kitablara müraciət edə bilərlər.
NAMAZ VƏ VAXTLARIGündəlik namazlar beş vaxtda qılınır. Sübh çağı, dan yeri söküləndən gün çıxanadək Sübh namazı qılınır. Sübh namazı iki rəkətdir. Rəkət - namazın bir sıra əməllərindən ibarət dövrədir. Bu dövrə - qiyam, ruku, iki səcdə və oturaqlı vəziyyətdən ibarətdir. Sübh namazında bu dövrə iki dəfə təkrar olunur. Günortadan gün batanadək əvvəl Zöhr, sonra da Əsr namazları qılınır. Onların hər biri dörd rəkətdir. Gün batandan gecə yarısınadək əvvəl üç rəkətli Məğrib namazı, sonra isə dörd rəkətli İşa namazı qılınır. Məlum olduğu kimi, günəşin çıxıb-batması ilin müxtəlif fəsillərində müxtəlif vaxtlara təsadüf edir. Bunun nəzərə alınması ilə hər şəhər üçün namazın vaxtlarını göstərən xüsusi təqvimlər mövcuddur.
Namaza hazırlıq
Dəstəmaz
Rəbbimiz buyurur:
"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərədək əllərinizi yuyun, (yaş əlinizlə) başınızı və ayaqlarınzı topuqlarınıza qədər məsh edin..." (Maidə surəsi, ayə 6)
Beləliklə, dəstəmaz alarkən əvvəlcə üzümüzü yuyuruq.
Sonra dirsəkdən aşağı sağ qolumuzu (əlimiz də daxil)
və daha sonra dirsəkdən aşağı sol qolumuzu (əlimiz də daxil) yuyuruq.
Bundan sonra əlimizdə qalan yaşlıqla başımızı,
sonra sağ ayağımızı topuğadək
və sonra da sol ayağımızı topuğadək məsh edirik.
Qiblə
Dəstəmaz aldıqdan sonra, artıq namaza başlamaq üçün üzü qibləyə, yəni Məkkə şəhərindəki Məscidül-Hərama, Kəbə evinə tərəf durmaq lazımdır. Rəbbimiz buyurur:
"Hər hansı bir yerə gəldikdə, (namaz vaxtı) üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki, Rəbbin tərəfindən göstərilən bu qiblə haqqdır!.." (Bəqərə surəsi, ayə 149)
Niyyət
Artıq üzü qibləyə, namaza hazır vəziyyətdə durduqda hansı namazı qılacağımızı ürəyimizdən keçiririk. Bu, "niyyət" adlanır. Məsələn, Sübh namazına başladıqda ürəyimizdən keçiririk: "Allaha yaxınlaşmaq üçün Sübh namazını qılıram".
Sonra "Allahu əkbər" deyib namaza başlayırıq.
Digər namazlarda da bu cür niyyət edilir. Sadəcə, "Sübh namazı" əvəzinə "Zöhr", "Əsr", "Məğrib" və ya "İşa" namazını qıldığımızı ürəyimizdən keçiririk.
Namazın qılınma qaydaları
Qiyam
Qiyam - namazda ayaq üstə durmağa deyilir. Hər namaza qiyam halında başlayırıq (qiyam halında niyyət edir, sonra "Allahu Əkbər" deyirik).
Namazların bir və ikinci rəkətlərində qiyam halında "Fatihə" və başqa bir surə (məsələn, "İxlas" surəsi) oxunur. Üçüncü və dördüncü rəkətlərdə isə "Fatihə" surəsi, yaxud üç dəfə "Təsbihat" oxunur.
Ruku
Hər rəkətdə qiyam halından sonra əyilirik və əllərimizi dizimizə qoyuruq. Bu hal ruku adlanır.
Ruku halında üç dəfə "Subhanəllah" deyilir.
Səcdə
Hər rəkətdə rukudan sonra iki səcdə yerinə yetirilir.
Səcdə - alın, hər iki əlin içi, hər iki diz və hər iki ayağın baş barmağının yerə qoyulmasıdır.
Səcdə etdikdə alnımızı yerə aid və yerdən çıxan yeyilməyən və geyilməyən şeylərə qoyuruq. Məsələn, torpağa, qumluğa, daşa, çəmənliyə, taxtaya və s. bu kimi şeylərə.
Səcdə halında da üç dəfə "Subhanəllah" deyilir.
Qunut
Hər namazın ikinci rəkətində qiyam halında Fatihə və surə oxunduqdan sonra qunut tutmaq müstəhəbdir.
Qunut - üzün müqabilində əllərin içini səmaya doğru açıb bir-birinin yanında tutaraq dua oxumaqdır.
Qunutda istənilən dua və zikr oxunula bilər. Məsələn, üç dəfə "Subhanəllah" deyilə bilər.
Namazin sözləri və tərcüməsi
Fatihə
Bismillahir-rəhmanir-rəhim.
(Rəhmli və mərhəmətli Allahın adı ilə)
Əlhəmdü lillahi rəbbil aləmin
(Allaha - aləmlərin Rəbbinə həmd olsun)
Ər-rəhmanir-rəhim.
(Həmd olsun rəhmli və mərhəmətli olana)
Maliki yaumiddin
(Haqq-hesab gününün sahibinə)
İyyakə nəbudu və iyyakə nəstəin.
(Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik)
İhdinəs-sıratəl müstəqim.
(Bizi doğru yola yönəlt)
Sıratəl-ləzinə ən-əmtə əleyhim ğayril məğzubi əleyhim vələz-zallin.
(Nemət verdiyin kəslərin yoluna, qəzəbə düçar olanların və azanların yoluna yox)
İxlas
Bismillahir-rəhmanir-rəhim.
(Rəhmli və mərhəmətli Allahın adı ilə)
Qul huvallahu əhəd.
(De ki, Allah təkdir)
Allahus-səməd.
(Allah möhtac deyildir)
Ləm yəlid və ləm yuləd.
(O, nə doğmuş, nə də doğulmuşdur)
Və ləm yəkul-ləhu kufuvən əhəd.
(Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur)
Təşəhhüd
Əlhəmdü lillah.
(Allaha həmd olsun)
Əşhədü ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh.
(Şəhadət verirəm ki, Allahdan başqa ilahi yoxdur. O, təkdir və şəriksizdir)
Və əşhədü ənnə Muhəmmədən abduhu rəsuluh.
(Şəhadət verirəm ki, Məhəmməd Onun qulu və rəsuludur)
Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd.
(Allahım, Məhəmmədə və onun ailəsinə xeyir-dua göndər)
Salamlar
Əssəlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.
(Allahın salamı, mərhəməti və bərəkəti olsun sənə, ey Peyğəmbər!)
Əssəlamu əleyna və əla ibadillahis-salihin.(Allahın salamı olsun bizə və Allahın saleh bəndələrinə!)
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
(Allahın salamı, mərhəməti və bərəkəti üzərinizdə olsun)
Təsbihat
Subhanallahi vəl-həmdu lillahi və la ilahə illəllahu vallahu əkbər. (3 dəfə).
(Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa ilahi yoxdur, Allah (vəsf edilən sifətlərdən) daha böyükdür ).
Gündəlik namazlar