![]() | ![]() | ![]() |
Мои статьи [10] |
Baş səhifə » Məqalələr » Мои статьи |
"Nəhayət onların arxasından elə bir nəsil gəldi ki, onlar namazı buraxdılar; nəfslərinin arzularına uydular..." Həmd, heç bir şəriki olmayan, yaradan, yaşadan, idarə edən, öldürən, dirildən, hesaba çəkən və eləcə də aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salat, Onun uca Peyğəmbərinə, sevgili müəllimimizə... Salam, o Peyğəmbərin əhli beytinə, səhabələrinə, onun izini təqib edib, onun yolunda ölənlərə. Müsəlman olmaq və özünü İslama aid etmək, ancaq İslama uyğun praktiki əməllərlə mümkündür. Şüphəsiz ki, Allaha iman etməyin nə demək olduğunu dərk edən bir möminin edəcəyi ilk tövhid əməli namazdır. Peyğəmbərimizin ifadəsiylə: "İman təmənnidən ibarət deyil." Namaz, icrası vacib olan qəlbin, ağılın və əzaların təsdiq etdiyi hərəkətlər bütünüdür. Namaz, möminin ürəyində iz buraxan bir nurdur. İmanın praktik həyata əks olunmasıdır. Bəli, namaz, imanı təmənnidən, nəzəriyyədən, quru sözlərdən qurtarmaq və əmələ çevirməkdir. Rəbbimizə haqqı ilə qul olmaq istəyiriksə, bu həqiqəti yaxşı dərk etməli və gündəlik həyatımıza əks etdirməliyik. Namazın əhəmiyyətinə
dair bir çox əsərlər yazılıb. Lakin hələ də namazlarımız namaz olmayıb, həyatımızdakı
təsirini göstərməyib. Bunun səbəbi, əhəmiyyətinin anlaşılmamağından, Allahın
istədiyi və Rəsulullahın öyrətdiyi kimi icra edilməməyindən qaynaqlanır. Buna
görə istədik ki, "bilinməyənləri" deyil, "edilməyənləri"
yenidən xatırladaq. Bu bir həqiqətdir ki;
bilinərək və şüurlu olaraq edilən hər iş və əməl, möhkəm və faydalıdır. Təsirli
və nəticə verəndir. Bu gün qıldığımız namaz, biz müsəlmanları heç bir pislikdən
saxlamadığı kimi, İslamın yer üzündə yayılmasına, Allahın adının ucaldılmasına
və İslam cəmiyyətinin meydana gəlməsinə çox az təsir edir. Bunun səbəbi əlbəttə,
namaz deyil, onu lazımi kimi qılmayan bizlərik. Eyni namaz, Rəsulullah və səhabələrini
fəaliyyətə keçirərkən, onları bir əməl insanı edərkən, bizlərin təmbəl və
qorxaq olmağına, pisliklərə və haqsızlıqlara qarşı səssiz dayanmağımıza vəsilə
olur. Bu da ondan qaynaqlanır ki, biz şəkil və mənanı birləşdirərək Peyğəmbərin
qıldığı kimi namaz qıla bilmirik. Halbuki Cənabı Mövlamız, "Şübhəsiz"
kəlməsi ilə namazla bu işlərin ediləcəyini bəyan etmişdi. Yenə bunun səbəbi,
namazın ruhundan günbəgün uzaqlaşmamız, onu alışılmış bir idman hərəkəti kimi
şüursuzca təkrarlamağımızdır. Əsrimizdə müsəlmanların
namaza yanaşmaları çox fərqlidir. Bunlardan bəziləri, müsəlman olduqlarını söylədikləri
halda namaza yaxın belə getmirlər. Ömürləri boyunca ya bir neçə dəfə, ya da heç
namaz qılmayıblar. Onlar namazı lazımsız bir ibadət kimi görürlər. Ürəklərinin
təmiz olduğunu və namaza gərək olmadığını ifadə edirlər. Buna baxmayaraq özlərinin
namaz qılanlardan daha yaxşı olduqlarını, Peyğəmbərin şəfaətinə güvənərək Allahın
onları bağışlayacağını söyləyirlər. Şüphəsiz ki, onlar özlərindən başqa heç
kimi aldada bilməzlər. Bir başqa qrup isə, İslam
dəvəti üçün çalışdığı, İslami məsələləri və Allahın qanunlarını müdafiə etdiyi
halda namazlarına laqeyd yanaşır. Onlar bəzən qılıb bəzən tərk etməkdə, qıldıqları
zaman da şüurlu olaraq qılmamaqdadırlar. Onlara Allahın bu ayəsini xatırladırıq:
"Vay halına o namaz qılanların ki, onlar namazlarından qafildirlər."
[Maun Surəsi; 4-5] Onlardan daha çox
bizim diqqət çəkməyə çalışdığımız insanlar, namaz qıldıqları halda namazlarından
xəbərsiz olanlardır. Onları namazlarından xəbərdar etməyə əzm göstərdik. Rəsulullahın
namazını necə örnək almaları və namazda huşunu necə əldə etmələri gərəkdiyini,-anlatmaq
mümkün olmayıb, yaşanması vacib olsa da belə,-izah etməyə çalışdıq. Çünki insanların əksəriyyəti
namazlarını mexaniki bir hərəkət kimi yerinə yetirməkdədir. Namazın şəklini
atalarından miras almış, uzun zaman qıldıqları üçün adət etmişdilər. Nə namazın
sirlərini bilirlər, nə də oxuduqları ayələrin mənalarını. Onlar, lazımlı sözləri
söyləyib lazımlı hərəkətləri edərək namazlarını tamamladıqlarında, fərz olan vəzifələrini
etdiklərini, cəzadan xilas olduqlarını, namazlarını əda etdiklərini, buna görə
də savaba nail olduqlarını zənn edərlər. Onlar zənlərində yanılırlar. Çünki bu
söz və hərəkətlər namazın yalnız xarici görünüşüdür. Bir hədisi şərifdə
ifadə edildiyinə görə: "Namaz; duadır, huşudur, təvazödür, zikrdir,
nurdur, münacaatdır..." [Tirmizi və Nəsai] Möminlərin bir qisimi
də namazının mənasını anlayanlardır. Namaz qılanlar içərisində onların sayı çox
azdır. Onlar namazlarının zövqünü dadmış, Rəsulullahın bu müjdəsinə nail
olmuşlar: "Bir insan vaxtında namaz üçün qalxar, dəstəmazını gözəl bir şəkildə
alar, rükusunu, səcdəsini huşuyla etsə onun namazı dümağ bir səhifə halında
yüksələr və belə deyər; - Sənin məni qoruduğun
kimi Allah da səni qorusun. Namazı bu şəkildə əda
etməyənin namazı isə qapqara bir səhifə halında yüksələr və belə deyər; - Məni məhv etdiyin
kimi Allah da səni məhv etsin. Bu namaz Allahın dilədiyi
yerə varınca, köhnə bir paltar kimi bükülər və sahibinin yüzünə çarpılar." Bu yazını ‘inandım'
deyənlərin namazlarını haqqıyla qılmaları və heç olmasa bir az da olsa nəticəyə
çatmalarında köməkçi olmaq üçün qələmə aldıq. Rəbbimdən bu işi,
haqqı axtararaq namaz şüuruna çatmağa çalışan və müsəlmanlara nəsihət vermək
istəyənlərə faydalı etməsini niyaz edirəm. "[İnsanları]
Allaha çağıran; saleh əməl işləyən və ‘mən müsəlmanlardanam' deyəndən daha gözəl
sözlü kim ola bilər?" [Fussilət Surəsi; 33] Davamızın sonu, aləmlərin
Rəbbi olan Allaha həmd etməkdir. "Yalnız gücümün
çatdığı qədər islah etmək istəyirəm. Uğurum, Allaha aiddir. Yalnız Ona istinad
etdim, yalnız Ona yönəldim." [Hud Surəsi; 88] | |
Baxılıb: 478 | Reytinq: 0.0/0 |
Всего комментариев: 0 | |