"Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin." ("Əhzab" surəsi, 33). 1. Mömin sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar. 2. Allaha and olsun ki, məni mömindən başqa heç kim sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz. 3. Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir. 4. Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur. 5. Müsəlman müsəlmanın aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin....اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً

Kateqoriyalar

Sorğu

İSLAM DİNİNİN 5 ŞƏRTİNDƏN HANSINA ƏMƏL EDİRSİNİZ?
Cəmi verilmiş səslər: 26

Statistika / Hava proqnozu



Online-da cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil ol

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il

Banner






Axtar

Xəbərlər

Saytlar

Quran dinlə və yüklə

Quran neçə dildə

Namazı belə qılaq

Dini audiolar


VideoTube
Audioteka


Məqalələr kataloqu

Baş səhifə » Məqalələr » Мои статьи

SEVGİNİN TƏZAHÜRLƏRİ
Sevgini bəsləyən bir çox qaynaqlar var. Bunlar olmadan sevgi, uzun müddət yalnız olaraq yaşaya gətirə bilməz. Sevgi bu qaynaqdan bəslənərsə o sevgi sağlam və uzun ömürlü olar. Bunlar əmək, münasibət, tanımaq, məsuliyyət və hörmətdir.

Əmək: Ən təbii sevgi əməyə istinad edən sevgidir, çünki bu cür sevginin içərisində ilk budağı şəfqət yaradır. Allahın quluna, ananın övladına, bağbanın çiçəklərinə, memarın əsərinə olan sevgisi də bu cür bir sevgidir. Sevən sevdiyinə əmək sərf etmiş, özündən bir şeylər qatmışdır. İnsanlar çörəklə doyar, əməklə böyüyər, sevgi ilə yaşayarlar.

Münasibət: Münasibət də sevginin təzahürlərindəndir. Bir şeyi sevib ona münasibət göstərməmək düşünülməzdir. Məsələn, Allahı sevdiyinizi söyləyir, amma Onun əmrlərinə münasibətsiz qalırsınız, bu sevgi boş bir iddia olar.
"De ki: Əgər Allahı sevirsinizsə mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, qoruyandır.” [3/31]
Bəli, yaradıcımız sevgimizi isbat etməyimizi istəyir, bunu Onun sevdiklərini də sevərək etməyimizi, bunu onlara tabe olaraq etməyimizi diləyir. Onun sevdiklərinə etina göstərərək, onun qoyduğu qanunları həyata hakim qılaraq etməyimizi istəyir. Unudanların unudulacağını bilməyimizi istəyir: "Onlar Allahı unutdular, Allah da onları unutdu” [9/67].

Tanımaq: Sevginin təzahürlərindən biri də tanımaqdır. Tanımaq üsullarının içində ən asanı, sevgi ilə tanımaqdır. Bunlar bir-birinə bağlı olan əməllərdir. Sevdiyiniz qədər tanıyarsınız, tanıdığınız qədər sevərsiniz. Fəqət cəmiyyətimiz tanımadan sevənlərlə, sevdiyini iddia edənlərlə doludur. Doğrusu bunu necə bacardıqlarını bilmirəm. Zatən bu cür sevgilərin ömrü də olmur, tanıyıncaya qədər davam edir. Buna şıpsevdilik• deyərlər. Bir də tanıdıqca artan sevgi vardır ki, belə biri olmaq böyük lütfdür. Allah da tanındıqca sevilir.
Demişdik ki, sevgi, tanımanın ən qısa yoludur. Çünki sevmək sevilməyi gətirir. Bu əməlin qərargahı ürəkdir və sevmək insanın qırxıncı otağı olan ürəyində birini qonaq etməsidir. İnsanın sirri məhz o otaqdadır. 

İnsanı tanımaq üçün oranı görmək lazımdır, yəni sevilmək. İnsana tanınmaq üçün isə orada görmək, yəni sevmək lazımdır. Əlində sevginin giriş kartını daşımayan, o otağa ordu ilə gəlsə də girə bilməyəcək, görə bilməyəcək, tanıya bilməyəcək.

Məsuliyyət: Sevgi məsuliyyət tələb edir. Zatən sevmək başdan-başa bir məsuliyyət deyilmi? Məsuliyyətsiz insanlar aşiq ola bilərlər, vurula bilərlər, lakin sevə bilməzlər. Çünki sevgi qazanılması çətin, qorunması isə daha çətin bir hadisədir. Onu qorumaq və himayə etmək insana bir sıra əlavə vəzifələr yaradır. Yəni sevgi böyük bir səbir işidir.
Məsuliyyətin əksi məsuliyyətsizlikdir. Bir insana, sırf möhtac olduğun üçün bağlısansa, o sevgi bir gün ən incə bir yerindən qırılacaq.
Məsuliyyət, ən çox ər-arvad arasındakı sevginin bünövrəsidir. O zədələnərsə ailə binası ikisinin də başına yıxılacaq.

Hörmət: İnsan sevdiyinə hörmət etmirsə, bir gün ondan sevgisinin hesabını tələb edə bilər. Hətta sevdiyi insanı piştaxtasına qoyub satışa çıxara bilər. Bu, ona qarşı duyduğu sevginin arxasında daldalanmaqdır ki, bu, heç də xoş bir şey deyil.

Sevmək, sevilənin azadlığına, şəxsiyyətinə hörməti vacib edir. Natarazlığa gətirib çıxaran hörmətsiz sevgi, daxilində, seviləni əsir alma, onu məhbus etmə arzusunu daşıyır. Məhz bu yanlış arzunun qarşısı hörmətlə alına bilər. Sevdiyini əşyalaşdırmaqdan çəkinə bilən çox az insan var. Seviləni əşyalaşdırmamağın ən doğru yolu hörmətdir. Çünki insan əşyanı sevə bilər, fəqət bu əşyaya hörmət etməz. Məhz buna görə hörmət sevginin şəxsi bir istismarçılığa dönməsinin qarşısını alan yeganə ünsürdür.

*Kimi görsə könlü ona meyl edər.


"Ürək dövləti" əsərindən

Kateqoriya: Мои статьи | Əlavə edən: defaultNick (21.03.2011)
Baxılıb: 509 | Reytinq: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: