![]() | ![]() | ![]() |
Мои статьи [10] |
Baş səhifə » Məqalələr » Мои статьи |
İbadət qulluqdur.
Könüllü qulluq. Bir qulun yaradana təşəkkürü. Onu başqa yaradılmışlardan seçərək
insan olaraq yaratdığı üçün, ona ağıl, idrak, vicdan verdiyi üçün Rəbbinə ödədiyi
şükür borcudur. Allah "Mən cinləri və
insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” [51:56] deyir. Deməli sənin
yaradılış məqsədin yalnız ibadət etmək üçündür. Sən ancaq bunun üçün yaradılmısan.
Bundan başqa hər şey yalandır. Allah səni niyə yaratdığını, səndən nə istədiyini
sənə Öz Kitabında, - Qurani Kərim də, - bildirib. Sən də Allahdan nə istədiyini
ona duanla, - namaz, - ibadətinlə bildirirsən. Beləcə qul və Rəbb arasında bir
bağ qurulmuş olur. Qul qulluğunu icra etdikcə Allah ona yaxınlaşır, onun görən
gözü, eşidən qulağı olur… Allaha ibadət etmək qəlb
işidir. Məcburi deyil. Sənə bir ağıl, iradə verilir və sən seçimini edirsən. İnsan
olmağı, qulluq edib, "Əşrəfi məxluqat” olmağı seçirsənsə, Rəbbin bu seçiminə
görə səni cənnətinə əbədi sakin olaraq yerləşdirir. "Sonu ölümlü dünyadır, qoy
bir az kef edim, onsuz da cənnət də, cəhənnəm də bu dünyadadır” deyib "Əfsəli səfil”
olmağı seçirsənsə, Rəbbim söz verdiyi kimi səni cəhənnəm atəşinə atacaq. Amma
bununla hər şey bitməyəcək. Bunula hər şey başlayacaq. Orada ölüm yoxdur, əbədi
yanmaq var. Orada peşimançılıq bir fayda verməyəcək. Rəbbin, "qulum, namaz
qıl!” demişdi. Sən qılmadın. Gün gələcək cənazə namazını qılacaqlar. Rəbbin, "təqva
libasına bürün, örtünmək əxlaqdandır” demişdi. Sən örtünmədin. Gün gələcək kəfənlə
bütün bədənini örtəcəklər. Rəbbin, "Quran oxu, o, sənin həyat kitabındır”
demişdi. Sən oxumadın. Gün gələcək qohumların, dostların, tanışların sənin üçün
Quran [Yasin!] oxuyacaqlar. Sənin könüllü qaçdığın bütün ibadətlər səndən sonra
sənin üçün ediləcək. Amma bütün bunların sənə faydası olmayacaq. Bütün bunlar
etmədiyin ibadətlərə əvəz olmayacaq. Sən etdiklərindən məsuliyyətlisən. Səni
axirətdəki dünyana əməllərin aparacaq. Səni cənnətə Rəbbimin lütfü, cəhənnəmə Rəbbimin
sevgisizliyi aparacaq. "O, səninlə danışmayacaq, səni təmizləməyəcək, səni sevməyəcək…”
Əslində sən ölümə hazır
deyilsən. Ona görə də ölməkdən qorxursan. Ölümü heç düşünmürsən. Amma bununla
belə sən yenə də öləcəksən. Hər kəs kimi… Çünki "hər canlı ölümü dadacaq...”
[29; 57] "Ürəyin hər döyüntüsü ölümə doğru atılan bir addımdır.” Allahı sevənlər ölümü
aşiqlərin toy gününü gözlədikləri kimi həyəcanla, eşqlə gözləyirlər. Ölümü ayrılıq
deyil, vüsal olaraq dərk edir, Ən Böyük Aşiqə qovuşmaq üçün dünyanı və dünyadakıları
tərk edirlər… | |
Baxılıb: 499 | Reytinq: 0.0/0 |
Всего комментариев: 0 | |