![]() | ![]() | ![]() |
Мои статьи [10] |
Baş səhifə » Məqalələr » Мои статьи |
İnsan həyatı daimi bir yürüyüşdədir. Beşikdən məzara səfər halında, səfərdəyik. Önümüzdə uzanan yeddi ayrı mərhələ, yeddi pillə var. Elmdə üstün olanlar yoldakı hər mənzilə bir ad verib. Nəfsimiz bu mərhələlərdən bir-bir keçmədən, özünü ayrı bir varlıq sanmaqdan imtina etmədən səfərini tamamlayıb Haqq ilə bütünləşməz. İnsan yalandadır, ziyandadır, zənndədir. Yeddi pilləni çıxmadıqca həqiqətə çata bilməz. İlk mərtəbənin adı "Nəfsi
Əmmarə”dir. Bu korlanmış, çiy və daim başqalarını günahlandıran nəfs mərhələsidir.
Çox təəssüf ki, rü boyu bu mərhələdə ilişib qalır. Bu məngənədən xilas ola
bilmir. Dünyəvi işlərdən başqa heç nə düşünməyən, pula, iqtidara, mövqeyə tamah
edən bir "Mən" zənniylə yaşayan insan bu mövqedədir. Burda olanları dərhal
tanıyırsan. Daima başqalarını günahlandırar, tənqid edər, müzakirə edər;
dedi-qodu edər və böhtan atar; qətiyyən özlərində qüsur tapmaz; başqalarını
mühakimə edər; şübhə, inamsızlıq və qürur iqlimində yaşayarlar. Onları tanımaq
çətin deyil. Sən özün də nə vaxtsa bu mərhələdə olduğun və özünü tanıdığın üçün
onları da tanıyarsan. Madam ki, insanıq və madam ki, bəşər dediyin çaşar, nəfsi
əmmərəyə düşməyənimiz yoxdur. Önəmli olan o çuxurdan tez çıxa bilməkdir. İnsan nə vaxt ki, nəfsinin
pisliklərini araşdırar və düzəltməyə niyyətlənər, məhz o zaman daxili bir səfərə
çıxar. Bundan sonra gözləri çölə deyil, öz içinə yönələr. Belə-belə, addım-addım
bir sonrakı mövqeyə çatar. Bu mövqe bir baxışda əvvəlkinin tam əksidir. Burada
insan daima başqalarını günahlandıracağına, davamlı özündə qüsur tapar. Olan,
bitən hər şeydə özünü günahlandıraraq tənqid edər. Bu mərhələ "Aləm gözəl,
mən çirkin" mərhələsidir. Məhz bu mərhələdə nəfs, Nəfsi Ləvvamə olar. Yəni
Günahlandırılan. Yaxud Qınanan Nəfs. Üçüncü mərtəbədə insan
bir az daha bişər. Nəfsi Mülhiməyə çatar. Bu nöqtədə, insanın nəfsi, İlham Alan
olduğundan, dünyada gördüyü hər şeydən və hər kəsdən ilhamlanar. Təslimiyyət
deyilən halın necə bir azadlıq olduğunu hiss etməyə başlayar. Qismət olsa Elm Şəhərinə
varid olar. Bu mövqe zaman-zaman qəbz, yəni sıxılma və daralma yaratsa da, əksərən
bast, yəni genişləmə və fərəhlənmə gətirdiyinə görə könülə xoşluq verəcək qədər
gözəldir. Lakin cazibəsi eyni zamanda da ən böyük təhlükəsidir. Çünki bu mərhələyə
gələnlərdən çoxu buradan çıxmaq istəməz. Zənn edər ki, yolun sonuna gəlib.
Halbuki yol daha uzun və daha çətindir. Bura rəngarəng olduğu üçün çox adam
daha uzağa getmək iradəsini, bəsirətini və ya cəsarətini göstərə bilməz. Buna
görədir ki, üçüncü mövqe hər nə qədər cənnət bağçası qədər lətifsə olsa da,
zirvələri hədəfləyənlər üçün bir tələdir. Buradan uzağa keçməyi
bacaran adam Elm Şəhərini qət edər və Nəfsi Mutmain mərhələsinə çatar. Artıq nəfs
əvvəlki kimi deyil, tamamilə dəyişib. Buna görə də ona Təmin Olmuş Nəfs adı verilər.
Bu mərhələdəki insan artıq dərin bir zəkaya sahibdir. Gözü doymuş, könülü
genişləmişdir. Pul, marka, ad, san, mal, mülk, mövqe dərdində deyil. Başqalarıyla
yaxşı dolanar, yalnız səccadə üstündə namaz qılarkən deyil, hər vaxt hüzur
içində olar. Daimi namazdadır. Ürək qırmaz, qul haqqı yeməkdən çəkinər və kimsənin
qüsuruna baxmaz, hətta başqalarının qüsurlarını örtər. Malı və mülkü,
Malik-ülmülk olan Allaha təslim edər. Buradan sonrakı son
üç mərtəbəyə kamal mərtəbələri deyilir. Oraya çata bilən insan həqiqətən çox
azdır. Və onlar, Allah onları hansı hala qoyursa-qoysun məsud, munis və mütəşəkkirdir.
Son üç mərhələdən ilkində Nəfsi Raziyəyə çatdıqda dünyəvi məsələlərə
aldanmazlar. Sonrakı mövqe, Nəfsi
Marziyədir. Bu mərhələdən Allah razı olduğu üçün ona Razı Olunmuş Nəfs də
deyilir. Bura çatan adam başqalarına mayak olar. İşığını kim istəsə ona tutar,
sönməyən bir şam kimi işıqlandırar. Bəzən şəfa belə verə bilir. Davranışlarında
ifrat və təfritdən çəkinər. Heç bir mövzuda ifrat etməz; tam əksinə ayrılanları
qovuşdurar, düşmənləri barışdırar. Mühitləri yumşaldar; ən tündxasiyyət iqlimlərdə
əsən ilıq bir yel kimidir. Yeddinci və sonuncu
mövqedə insan Nəfsi Kamiləyə çatar. Burada ayrı bir "mənlik" zənni
toz duman olar. Amma bu mövqeni bilən, bilsə də haqqında danışan olmadığından
oradan baxınca aləmin necə göründüyünə dair məlumatımız məhduddur. Haqq
Yolundakı mövqeləri tək-tək sıralamaq asan, yaşamaq isə çətindir. Yolun özünə
xas maneələri yetməzmiş kimi, dümdüz bir xətt halında irəliləmək də mümkün deyil.
Başlanğıcdan sonuncu mövqeyə gedən yol düz deyil, dolambaclıdır. Üstəlik üst
mövqelərə çatan adamın orada qalacağının zəmanəti də yoxdur. Hətta "artıq
bişdim, çatdım, mən bu yolları çözdüm" zənninə qapılıb yuxarıdan aşağıya kəlləmayallaq
düşənlər də var. Əlif Şəfəq
"EŞQ" romanından / AZERISLAM.com | |
Baxılıb: 634 | Reytinq: 0.0/0 |
Всего комментариев: 0 | |