"Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin." ("Əhzab" surəsi, 33). 1. Mömin sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar. 2. Allaha and olsun ki, məni mömindən başqa heç kim sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz. 3. Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir. 4. Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur. 5. Müsəlman müsəlmanın aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin....اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً

Sorğu

İSLAM DİNİNİN 5 ŞƏRTİNDƏN HANSINA ƏMƏL EDİRSİNİZ?
Cəmi verilmiş səslər: 25

Statistika / Hava proqnozu



Online-da cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil ol

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il

Banner






Axtar

Təqvim

«  Mart 2011  »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Праздники Азербайджана

Xəbərlər

Saytlar

Quran dinlə və yüklə

Quran neçə dildə

Namazı belə qılaq

Dini audiolar


VideoTube
Audioteka


Главная » 2011 » Mart » 20 » Qədr gecəsi nədir?
02:02
Qədr gecəsi nədir?

Yuxarıda qeyd etdiyimiz ayələrdən belə nəticə alırıq ki, Qədr gecəsi mübarək ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsinin mübarək bir gün olduğu barədə Allahu-təala (c.c.) Duxan surəsində belə buyurur: "Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik" (Duxan surəsi, ayə 3).
Qeyd olunan ayələrdən məlum olur ki, Qədr gecəsi mübarək bir gecədir və Quran bu gecə nazil olmuşdur. Burada belə bir sual ortaya çıxır ki, əgər Quran Qədr gecəsi nazil olmuşsa, bəs Peyğəmbər (s.a.a.v.)-in peyğəmbərliyi dövründə o həzrətə nazil olan ayələr hansı ayələrdir?
Cavab olaraq deyə bilərik ki, Qurani-Kərim iki dəfəyə nazil olmuşdur. Birinci dəfə Quran bütövlükdə həzrət Peyğəmbər (s.a.a.v.)-in mübarək qəlbinə, ikinci dəfədə isə 23 il ərzində tədricən, ayə-ayə və surə-surə o həzrətə nazil olmuşdur. Bu iki növ nazil olmanı Allahu-təala (c.c.) Qurani-Kərimdə də vurğulamışdır. "Həqiqətən, Biz Quranı Qədr gecəsi nazil etdik." ayəsindən və Duxan surəsinin 3-cü ayəsindən ("Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik") ayəsindən açıq-aydın məlum olur ki, Qurani-Kərim bütövlükdə Qədr gecəsində həzrət Peyğəmbər (s.a.a.v.)-in mübarək qəlbinə nazil olmuşdur.
Quranın tədricən, ayə-ayə nazil olması haqda isə Allahu-təala (c.c.) belə buyurur: "(Ya Peyğəmbər (s.a.a.v.)!) İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik." (İsra surəsi, ayə 106)
Beləliklə, bu ayədən də məlum olur ki, Quran bir dəfə də tədricən, ayə-ayə, surə-surə nazil olmuşdur.
Burada Quranın həm bütövlükdə, həm də ayə-ayə nazil olması barədə ərəb dilinin qrammatikasına diqqət yetirək. Quranın iki dəfə nazil olması barədə olan ayələrə qrammatik cəzətdən nəzər saldıqda bir daha sübut olur ki, Quran bir dəfə bütövlükdə Peyğəmbər (s.a.a.v.)-in qəlbinə, bir dəfə də ayə-ayə, surə-surə 23 il müddətində nazil olmuşdur.
 
Quranda Qədr gecəsi
Qədr gecəsi fəzilətli, başqa gecələrdən üstün və böyük əhəmiyyətə malik olan bir gecədir. Allahu-təala (c.c.) bu haqda Qurani-Kərimdə buyurur: "[Ya Peyğəmbər!] Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir)" (Qədr surəsi, 2-3-cü ayələr)
Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti 1000 ay (təqribən 84 il) ibadətindən üstün və fəzilətli olar.
İslami rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunmuşdur. Onlardan bir neçəsini oxucuların nəzərinə çatdırmağı faydalı hesab edirik.
Burada qeyd etmək lazımdır ki, islam peyğəmbərindən əvvəlki peyğəmbərlərin dövründə onlar üçün qədr gecəsi təyin olunmamışdır. İslam peyğəmbərinin dövründə Allahu-təala (c.c.) onun ümməti üçün bu mübarək gecəni təyin etdi.
Bir gün həzrət peyğəmbər öz sahəbələrinə İsrail tayfasının uzunömürlü olmasından və onların 80 illik və daha artıq ibadətlərindən söhbət açdıqda onlar qibtə edərək dedilər: "İlahi! Nə olaydı, bizə də uzun ömr əta edəydin və biz də ömrümüzü Sənə ibadət etməyə sərf edəydik." Belə düşünərək sahəbələr Bəni-İsrail tayfasına qibtə edirdilər. Allahu-təala (c.c.) həzrət Peyğəmbər (s.a.a.v.)-ə bu ayəni nazil etdi: "Qədr gecəsi min aydan daha xeyirlidir." (Qədr surəsi, ayə 3)
Yəni böyük Allahu-təala (c.c.) öz peyğəmbərinə demək istəyir ki, ey Mənim Peyğəmbərim, Mən sənin ümmətinə uzun ömr verməmişəm, lakin əvəzində onlar üçün gecələr arasında bir gecə təyin edirəm və adını Qədr gecəsi qoyuram. Kim o gecəni ibadətlə məşğul olarsa. Ona 1000 ayın ibadətinin savabından artıq savab verərəm.
Başqa bir hədisdə nəql olunur ki, islam peyğəmbəri Allahu-təalaya (c.c.) münacat edərkən belə dedi: "İlahi! Sən məndən əvvəlki peyğəmbərlərin ümmətinə uzun ömr vermişdin, onlar da sənə bütün ömrü boyu ibadət edib çoxlu savab qazanıblar. Lakin mənim ümmətimə öz ömür vermisən, onlar da Sənə təbii ki, o biri ümmətlərdən az ibadət edib az savab qazanırlar." Beləcə, Peyğəmbər (s.a.a.v.) bu kimi ifadələrlə çox münacat etdi. Allahu-təala (c.c.) həzrət Peyğəmbər (s.a.a.v.)-ə buyurdu: "Düzdür, sənin ümmətinə az ömür vermiəşəm, lakin sənə və sənin ümmətinə çox dəyərli bir gecə təyin etmişəm. Bu gecənin ibadəti 1000 ayın ibadətindən daha fəzilətli və daha üstündür".
Beləliklə, Allahu-təala (c.c.) bu ayəni nazil etdi: "Qədr gecəsi 1000 aydan daha xeyirlidir." Bu ayənin ardınca Allahu-təala (c.c.) buyurur: "O gecə (Qədr gecəsi) mələklər və Ruh (Cəbrail) Rəbbinin izni ilə yerə enərlər." Qədr 4
O gecə mələklər yer üzünə enib Allahu-təalanın (c.c.) bu aləmdə insanlara və cinlərə təyin etdiyi imamı, canişini ziyarət edərlər. Ümumiyyətlə, bunu da qeyd etmək lazımdır ki, hər bir zamanın bir imamı vardır. Allahu-təala (c.c.) hər bir zamanda peyğəmbərlər göndərmişdir. İslam peyğəmbərindən sonra da o həzrətin yolunu davam etdirən imamlar göndərmişdir. İmam Əli (ə), imam Həsən (ə), imam Hüseyn (ə), imam Səccad (ə), imam Baqir (ə), imam Sadiq, imam Museyi-Kazım (ə), imam Riza (ə), imam Muhəmməd Təqiy (ə), imam Əliyyən-Nəqiy (ə), imam Həsən Əsğəri (ə) bir-birinin ardınca imamlıq edəndən sonra Allahu-təala (c.c.) imam Zamanı (ə.c.) qeyb pərdəsi altında saxladı. Hal-hazırda o həzrət yaşayır, lakin insanların gözündən qeybdədir. Allahu-təala (c.c.) istədiyi zaman o, zühur edəcək. Bu, Allahu-təalanın (c.c.) iradəsidir. Odur ki, hər zaman yer üzündə imam vardır.
Öncə qeyd etdiyimiz kimi, Allahu-təala (c.c.) Qurani-Kərimdə buyurmuşdur: "O gecə mələklər və Ruh (Cəbrail) Rəbbin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işi icra etmək üçün (Allahu-təala (c.c.) dərgahından əmrlər alaraq) yerə enərlər."
Bir nəfər imam Baqir (ə)-dan soruşdu: "Ey Allahu-təalanın (c.c.) huccəti, Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunu bilirsənmi?" İmam Baqir (ə) buyurdu: "Əlbəttə, bilirəm. O gecə bütün mələklər enərək bizi ziyarət edirlər."
Deməli, məlum olur ki, yer üzü heç vaxt huccətsiz qalmayıb və qiyamət gününə qədər də huccətsiz olmayacaq. Və hər il Qədr gecəsi mələklər yer üzünə enib Allahu-təalanın (c.c.) insanlar üçün təyin etdiyi imamı ziyarət edib salamlayırlar. İslam Peyğəmbərinin dövründə də Qədr gecəsi mələklər yerə enib o həzrəti ziyarət edirdilər. Həzrət Peyğəmbər (s.a.a.v.) özü buyurmuşdur: "Qədr gecəsi mələklər göydən yerə enib məni ziyarət edirlər. Məndən sonra Qədr gecəsi mələklər Əlini (ə) ziyarət edəcəklər. Əlidən sonra isə onun 11 övladını ziyarət edəcəklər." Bu gecə şübhəsiz ki, mələklər yer üzünün huccəti olan İmam Zamanı (ə.c.) ziyarət edirlər.
Allahu-təala (c.c.) Qurani-Kərimdə buyurur: "o gecə dan yeri sökülənə kimi salamatlıqdır." (Qədr surəsi, ayə 5)
Yəni Qədr gecəsi Allahu-təala (c.c.) insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədr gecəsi gözəl bir gecədir və allah o gecədə mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir. Deməli, qədr gecəsində həm Quran nazil olub, həm də o gecənin ibadəti 1000 ayın ibadətindən üçtündür. O, həm bərəkətli bir gecədir, həm Allahu-təalanın (c.c.) mərhəməti olan bir gecədir, həm Allahu-təalanın (c.c.) xeyir-bərəkəti, əmin-amanlığı insanlara nazil olan bir gecədir və həm də o gecə mələklər yerə nazil olaraq yer üzünün imamını ziyarət edirlər.
Hədislərdə nəql olunmuşdur ki, o gecə şeytan möminlərə yaxın düşə bilmir. Şeytan fasiq, azğın, pozğun adamlarla məşğuldur, lakin möminlər o gecəni çətinliklə ibadət edirlər. O gecə mələklər bir-birini salamlayırlar və imamı ziyarət edəndən sonra möminləri də salamlayırlar.

___________________________________________________________________________________________________



Qədr gecəsi necə qeyd olunmalıdır?

Bəzən sual oluna ki, Qədr gecəsi mübarək gecədirsə biz bu gecəni necə keçirməliyik? Qədr gecəsi matəm gecəsidir yoxsa şanlıq gecəsi? Biz bu gecəni şanlıq etməliyik yoxsa matəm saxlamalıyıq? Cavab belədir ki, Qədr gecəsi nə matəm gecəsidir, nə də şanlıq gecəsidir. Qədir gecəsi ibadət gecəsidir. Quran bu suala açıq aydın şəkildə cavab verir. Bu gecə Allahın kitabı olan müqəddəs Qurani Kərimin nazil olduğu gecədir. Buna görə də Quranı qarşılamaq üçün möminlər ibadətlə məşğul olmalıdırlar. Allah-təala Isra surəsinin 107-109-cu ayələrində belə buyurur: 
[Ya Peyğəmbər!] de: "Istər (Qur’ana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr yanlarında (Qur’an) oxunduğu zaman üzü (çənəsi) üstə səcdəyə qapanar. Və deyərlər: "Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin (mö’minlərə mükafat, kafirlərə əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir!” –deyərlər. Onlar üzü üstə səcdəyə qapanıb ağlayar, (Qur’andakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar.”1
Bu ayələr insanı başa salır ki, elm və mərifəti olan insanlar Quranı göz yaşı ilə səcdə halında qarşılayarlar. Mərifəti olmayan insan heç vaxt başa düşməz ki, Allahın kitabı və ayələri nədir. Allahın ayələrini və əzəmətini başa düşməyənlər bu dünyada başqa canlılar kimi yalnız öz qarınlarını və əyin-başlarını təmin etməklə məşğuldurlar. Heyvanların Allahın ayələrindən xəbəri olmadığı kimi, insanların içində də elələri vardır ki, bu şeylərdən heç xəbəriləri yoxdur. Belə insanlar bu dünyada ömürlərini yalnız yemək içməklə sürürlər. Buna görə də qeyd olunan ayələrdə Allah-təala buyurur ki, yalnız mərifətli, düşüncəli və dərrakələri insanlar ayələr nazil olduqda səcdəyə düşüb göz yaşı axıdarlar. Həzrət Əlinin(ə) həyatına nəzər saldıqda görürük ki, o Həzrət səhərə qədər Allaha ibadət edib Onun əzəməti qarşısında göz yaşı axıdardı. Onun Allaha dərin mərifəti olduğundan bilirdi ki, kimin qarşısında dayanıb. O Həzrət Allahla münacat edərkən belə deyərdi: Ilahi, mən Sənə cənnətə getməyə və ya cəhənnəm qorxusuna görə ibadət etmirəm. Mən Səni ibadətə layiq bildiyim üçün ibadət edirəm. Mən Sənə ibadət etməklə yaxın olacağam. Hər kim Sənə yaxın olsa qiymət tapacaq. Hər kim Səndən uzaqlaşsa qiyməti azalacaq. Kim sənə nə qədər yaxındırsa, onun qiyməti bir o qədər çoxdur. Kim səndən hər nə qədər uzaqlaşırsa qiyməti də bir o qədər azalacaq. 
Həzrət Əlinin(ə) bu kəlamı bizə bəyan edir ki, insan yalnız Allaha ibadət etməklə yaxınlaşıb qiymət tapa bilər. Digər bir hədisdə buyurur ki, (ey insan) sənin ən az qiymətin cənnətdir. Hər kəs özünü cənnətdən ucuz qiymətə satsa ziyan etmişdir.
Əlbəttə cənnətin də mərtəbə və təbəqələri vardır. Bəzi insanlar vardır ki, Peyğəmbərlərin olduğu təbəqəyə, bəziləri isə aşağı təbəqələrdə qərar tuturlar. Hər halda insanın ən az qiyməti cənnətdir.
Qədr gecəsi Quranın nazil olduğu və mübarək bir gecədir. Möminlər bu gecəni səhərə qədər oyaq qalıb müqəddəs məkanlara (məscidlərə) toplaşaraq Allaha ibadət edər, göz yaşı tökərək səcdəyə düşər, namaz qılar, tövbə və dua edərək günahlarının bağışlanmasını diləyərlər. Qədr gecəsinin əməllərindən biri Quranı başın üzərinə qoyub dua etməkdir. Bu əməlin mənası budur ki, Ilahi, Sən mənə hörmət edib Quran nazil edirsən. Mən də Sənin bu müqəddəs kitabını qəbul edib başım üzərində saxlayıram. Onun hər bir ayəsinə və kəlməsinə hörmət və əməl edəcəyəm. Allah-təala bu gecə bütün rəhmət qapılarını bəndələrin üzünə açır. Gərək insan bundan istifadə edib tövbə etməklə günahlarını bağışlatdırsın. Tövbənin mənası budur ki, insan Allahla münacat edərkən belə desin: Ilahi, indi ki, Öz rəhmət qapılarını mənim üzümə açmısan, mən də Sənə sarı üz gətirirəm. Sənin qapına gəlməklə istəyirəm ki, məni bağışlayasan. Bu günə qədər qəflət üzündən Sənə tərəf gəlmədiyimə görə indi peşmanam. Bundan sonra Sənə səcdə etmək istəyirəm. Bu günə qədər Səndən uzaq düşmüşdüm. Lakin bu gecə başa düşdüm ki, hara qaçsam yenə də Sənə sarı qayıdacağam. Əgər öz xoşumla qayıtmasam axırda məni məcburi olaraq kəfənləyib Sənin məhzərinə gətirəcəklər. Buna görə də elə bu andan öz xoşumla Sənin məhzərinə gəlmişəm. Mənim üzümü torpağa qoymamışdan öncə öz xoşumla üzümü Sənin qarşında torpağa qoyub deyirəm. Əstəğfirullahə Rəbbi və ətubu ileyh. (Ilahi, tövbə edib Səndən günahlarımın bağışlanmasını diləyirəm).
Qədr gecəsi ibadət gecəsidir. Bu gecənin hər saniyəsində edilən ibadətin savab və fəziləti min ayın savabından daha çoxdur.
 
 
Qədr gecəsinin əməlləri

 
Qədr gecəsinin özünə məxsus əməl və ibadətləri vardır ki, onları əziz möminlərin nəzərinə çatdırıram. Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:


1) Qüsl etmək.
Qüsl edərkən belə nİyyət edİlİr: "Qədr gecəsİnİn qüslünü edİrəm: qürbətən İləllah.” (Qürbətən İləllah yənİ, Allaha yaxın omaq üçün onun əmrİnİ yerİnə yetİrmək deməkdİr.) Bu qüslün böyük savabı vardır. Bu müstəhəb əməlİ, sübh azanına qədər etmək olar. Amma daha yaxşı olar kİ, bu qüsu məğrİb azanına yaxın verİlsİn.

2) Əhya saxlamaq.
Yənİ, səhərə qədər oyaq qalıb İbadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb İbadətlə məşğul olmağın mə’nası budur kİ, İnsan Qur’anı qarşılayaraq deyİr: "İlahİ, Sən bu gecə mənə Qur’an nazİl edİrsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.”
Qədr gecəsİ çox yaxşı olar kİ, İnsan əhya saxlayıb həmİn gecənİ səhərə qədər oyaq qalıb İbadətlə məşğul olsun. Çünkİ belə bİr gecə İl ərzİndə cəmİ bİr gecədİr. Yənİ ayə və hədİslərə əsasən qədr gecəsİ Ramazan ayının gecələrİndən bİrİnə təsadüf edİr. Həmçİnİn çox ehtİmal vardır kİ, bu üç gecənİn bİrİ qədr gecəsİ olsun. Bu üç gecənİn hansı olduğu dəqİq bİlİnmİr. Bəzİ hədİslərə əsasən daha çox ehtİmal 21 və 23-cü gecənİn qədr gecəsİ olmasına ehtİmal verİlİr. Bİr nəfər İmam Sadİqİn(ə) məhzərİnə gəlİb dedİ: Ey Allahın höccətİ, çox yaxşı olardı kİ, qədr gecəsİnİn hansı gecə olduğunu mənə deyəsİnİz. Həzrət buyurdu: Nə üçün İstəmİrsən kİ, bu üç gecənİn hər üçünü səhərə qədər əhya saxlayıb Allaha İbadət edəsən? Sən bu İbadətİ hər üç gecə yerİnə yetİr.
Dİgər bİr hədİsdə nəql olunur kİ, İmam Sadİqdən(ə) soruşdular: Ey Allahın höccətİ, qədr gecəsİnİn bu üç gecədən hansı olduğunu bİlİrsİnİzmİ? Həzrət buyurdu: Necə bİlməyİm kİ, həmİn gecə mələklər gəlİb mənə salam verərək zİyarət edİrlər. Mən onun hansı gecə olduğunu bİlİrəm. Amma məsləhət budur kİ, sİz bunu bİlməyəsİz və bu üç gecənİn üçünü də əhya saxlayıb Allaha İbadət edəsİnİz.
Buna əsasən də bİz hər üç gecənİ oyaq qalmaqla əhya saxlayıb səhərə qədər İbadət edİrİk.

3) Məscİdə getmək. 
Məscİdə getməyİn mə’nası budur kİ, İnsan öz məqsədİnİ tə’yİn edİr. Yə’nİ: "Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bİlərdİm. Lakİn mən Sənİn razılığını qazanmaq üçün Sənİn evİnə gəlmİşəm və gələcək xoşbəxtlİyİmİ müəyyənləşdİrİrəm.” Qədr gecəsİndə mömİnlər çox yaxşı olar Allah evİnə (məscİdlərə) cəmləşİb dua və İbadət edərək Quranı qarşılasınlar.
4) Tövbə etmək.
Bu gecənİn xüsusİ əməllərİndən bİrİ budur kİ, yüz dəfə "Əstəğfİrullahə rəbbİ və ətubu İləyh” (Ey mənİm Allahım, Səndən günahlarımın bağışlanmağını dİləyİr və tövbə edərək Sənə tərəf qayıdıram) demək və tövbə etməkdən İbarətdİr. Bu əməlİn mə’nası belədİr: İnsan keçmİşdə etdİyİ günahlardan peşman olub gələcəyİnİ abadlaşdırmaq üçün Allaha söz verİr. Yə’nİ: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakİn bu gündən Sənİn bütün əmrlərİnə tabe olacaq və bİr daha günah etməyəcəyəm.” İnsan Allahla belə münacat edİb desİn: İlahİ, bu günə qədər bİlməyərəkdən günahlar etmİşəm, unutqanlıq üzündən Sənİn sözündən çıxmışam, mənİm dağ boyda olan günahlarımı bağışla. İlahİ, Sənİn rəhmətİn mənİm günahlarımdan daha böyükdür. Öz rəhmətİnlə mənİm günahlarımın üstündən əfv qələmİ çək. Ey rəhmətİ hər şeydən böyük olan Allah, mənİm keçmİşdə etdİyİm günahlarımı bağışla. Bu gündən sonra mən Sənİn bütün buyurduqlarına əməl edəcəyİmə söz verİrəm.
Burada bİr İncəlİyİ qeyd etməyİ lazım bİlİrəm. Qədr gecəsİ İnsan təmİz ürəklə Allahdan günahlarının bağışlanmasını İstəsə, Allah onu bağışlayar və tövbəsİnİ qəbul edər. Tövbəsİ qəbul olan şəxsİn də duaları və ya dualara amİn deməsİ tez qəbul olar.
İmam Səccaddən(ə) belə bİr rəvayət nəql olunmuşdur: "Dəryada üzən bİr gəmİ batır və gəmİdə olanların hamısı qərq olur. Lakİn cavan bİr qadın nİcat taparaq sahİlə çıxır. Sahİldə bİr cavan oğlan həmİn qadını görür və ona qarşı pİs fİkrə düşür. Qadına yaxınlaşmaq İstəyəndə görür kİ, qadının bədənİ qorxudan tİr-tİr əsİr. Oğlan ondan soruşur: "Nİyə əsİrsən və nədən qorxursan? Burada bİzİ heç kəs görmür.” Qadın deyİr: "Düzdür, burada heç kİm yoxdur, lakİn bİzİm bu hərəkətİmİzİ Allah görür. Sən Allahın bəndələrİndən qorxub həya etdİyİn halda, mən Allahın özündən necə qorxub həya etməyİm?”
Qadının bu sözlərİ oğlanın qəlbİndə dərİn tə’sİr qoyur və qadına əl vurmayıb elə oradaca tövbə edİr. Sonra qadından ayrılıb öz yolu İlə gedİr. Yolda qoca bİr abİdlə rastlaşır. Onunla abİdİn gedəcəklərİ yer eynİ olduğundan yol yoldaşı oldular. Günəşİn qızmar şüaları altında əzİyyət çəkə-çəkə yol gedİrdİlər. Abİd deyİr: "Sən dua et, mən də amİn deyİm kİ, Allah bİzİm başımızın üstünə bİr bulud göndərsİn, o, günəşİn qızmar şüalarından bİzİ qorusun.”
Oğlan deyİr: "Mən günahkar bİr İnsanam. Mən dua etsəm, Allah mənİm dualarımı qəbul etməz. Gəl, sən dua et, mən də sənİn dualarına amİn deyərəm. Çünkİ sən neçə İllər Allaha İbadət etmİsən və Allah yanında sənİn hörmətİn vardır.” Abİd onunla razılaşıb dua edİr, təzəcə tövbə etmİş oğlan da onun dualarına amİn deyİr. Bİr neçə dəqİqə keçməmİş Allah-təala onların başı üzərİnə bİr bulud göndərİr. Onlar yol getdİkcə bulud onları müşaİyət edərək günün qızmar şüalarının İstİsİndən qoruyurdu. Onlar gəlİb İkİ yol ayrıcına çatırlar və ayrılmalı olurlar. Bİr-bİrİ İlə xudahafİzləşİb ayrıldıqdan sonra, bulud təzə tövbə etmİş oğlanı günəş şüalarından qorumaq üçün onun ardınca gedİr.”
Sonra İmam Səccad(ə) əlavə edərək buyurdu: "Allah-təala abİdİn dualarına görə yox, təzəcə tövbə etmİş cavan oğlanın dualara amİn deməsİnə görə o buludu göndərdİ.”
Buna görə də xüsusən Qədr gecəsİndə tövbə etdİkdən sonra Allahdan hər dİlək İstənİlsə, Allah o duaları qəbul edər.
Həzrət Əlİ(ə) buyurur: "Dua edərkən duaların əvvəlİndə və axırında Peyğəmbər(s) və onun Əhlİ-beytİnə salavat göndərdİkdə Allah-təala o duaları mütləq qəbul edər. Çünkİ hər kİm Peyğəmbər(s) və onun Əhlİ-beytİnə salavat göndərsə, mümkün deyİl kİ, Allah-təala o salavatı və duaları qəbul etməsİn. Buna görə də, Allahın duaların əvvəlİnİ və axırını qəbul edİb ortalarını qəbul etməməsİ mümkün deyİl.”
Yaxşı olar kİ, İnsan dua edərkən müsəlmanları, öz ata-anası, qonşuları, qohum-əqrəbası və s. üçün də dua etsİn. Çünkİ ola bİlsİn, İnsanın özü üçün etdİyİ dualar qəbul olmasın, lakİn başqaları barədə etdİyİ dualar qəbul olsun. İnsanın ona pİslİk edənlər üçün də dua etməsİndən Allahın xoşu gəlİr. Çox yaxşı olar kİ, İnsana pİslİk edənlərİn hİdayət olması üçün də dua olunsun.
Malİk Əştər bİr gün bazardan keçərkən, bİr nəfər xurmanı yeyİb tumunu ona atdı. Malİk ona baxıb bİr söz demədİ və öz yoluna davam etdİ. Malİkə xurma tumu atan şəxsə dedİlər: "Sən bİlİrsən o kİmdİr?” Dedİ: "Yox.” Dedİlər: "O, Malİk Əştərdİr.” Həmİn şəxs Malİk Əştərİn güclü bİr pəhlİvan, sözü keçən və vəzİfəlİ bİr şəxs olduğunu bİlİrdİ. Elə ona görə də qorxudan üzr İstəmək üçün onun ardınca qaçdı. Gördü kİ, Malİk məscİdə daxİl oldu. Onun dalınca məscİdə gİrəndə gördü kİ, Malİk namaza başladı. Oradaca əyləşİb Malİkİn namazı qurtarmasını gözlədİ. Malİk namazı qurtaran kİmİ yanına gedİb üzr İstədİ. Malİk ona dedİ: "Mənİm məscİdə gəlmək məqsədİm yox İdİ. Sənİn o hərəkətİnə görə bu məscİdə gəlİb, İkİ rük’ət namaz qılıb, Allahdan sənİn hİdayət olmağını və günahlarının bağışlanmasını İstədİm.”
Odur kİ, İnsan ona pİslİk edənlər üçün də dua etsə, çox yaxşı olar və bu əmələ görə də Allah onu da bağışlayıb hİdayət edər.

5) Quranı qarşılamaq.
Qədr gecəsİndə bİzİm öhdəmİzə düşən əməllərdən bİrİ budur kİ, Quranın nazİl olduğu bu mübarək gecədə Onu qarşılayaq. İnsan uzaq səfərdən gəlmİş qonağını qarşalımıq üçün hətta gecənİn yarısı olsa da belə onun qarşısına çıxaraq hörmətlə qarşılayır. Bəzən qonağın qarşısına çıxmaq üçün İnsan hava lİmanına gedİb saatlarla onun gəlİşİnİ gözləyİr. Bİr qonağı qarşılamağın ədəb ərkanı olduğu kİmİ, Quranı qarşılamağın da ədəb ərkanı vardır. Yuxarıda geyd etdİyİmİz kİmİ Quranın nazİl olduğu bİr gecədə İbadət etməlİ və göz yaşı İlə onu qarşılamalıyıq.
Qədr gecəsİnİn Quranın nazİl olduğu bİr gecə olduğu üçün Onu qarşılamağın da özünəməxsus ədəb-ərkanı və əməllərİ vardır. Qədr gecəsİ Quranı başımızın üzərİnə qoyub Allahla münacat edİrİk. Bu əməlİn mənası budur kİ, Allah bİzə hörmət edİb Quran nazİl edİr və bİz də hörmət əlamətİ olaraq Quranı başımızın üstündə saxlayırıq. Yənİ, bütün məxluqatın İçİndə Allah təala öz sözlərİnİ məktub şəkİlİndə yalnız İnsan üçün göndərmİşdİr. Bİz də mİnnətdarlıq edərək o kİtabı qəbul edİb başımızın üzərİnə qoyumaqla Onun hər bİr ayəsİnə əməl edəcəyİmİzə söz verİrİk. Bu əməlİmİzlə bİldİrİrİk kİ, İlahİ, Sən bİzə hörmət edİb Quran nazİl etdİyİnə görə bİz də Onu hörmətlə qarşılayıb Onun hər bİr ayəsİnə əməl edəcəyİk.
Əlbəttə bİr daha qeyd etmək lazımdır kİ, ayələrİnİ oxuyub əməl edən İnsanı Quran hİdayət edər və Cəhənnəm odundan qoruyar. Quranı alıb evdə saxlamağın İnsana faydası olmaz. Quranı açıb oxumaq, ayələrİ barədə düşünmək və hər bİr ayəsİnə Allahın İstədİyİ kİmİ də əməl etmək lazımdır. Məsələn Allah-təala Quranda təqrİbən 67 dəfə bİzİ namaza çağırır. Hər kİm namaz qılırsa deməlİ Qurana hörmət edİr. Allah təala İldə bİr ay oruc tutmağı vacİb edİr. Əgər bİr müsəlman Ramazan ayında oruc tutursa deməlİ İslama İnanır və Allahını tanıyır. Əgər bİr müsəlman Ramazan ayında üzürsüz yerə oruc tutmursa həmİn şəxs Allaha və Qurana necə İnanır? Allah-təala bu əməllərİ vacİb etməklə İnsanı təmİzləyİb hİdayət edərək İzzət bəxş etmək İstəyİr. Allah İnsana oruc, namaz və s. əməllərİ verməklə bəndəsİnİn Ona yaxınlaşmasını İstəyİr.
Qur’anı başa qoyub Allaha və 14 mə’suma and verməyİn mə’nası budur kİ: "Ey Allahım, mən Sənə və Sənİn ən İstəklİ bəndələrİnə and verİb tövbə edİrəm və Səndən öz İstək və ehtİyaclarımı dİləyİrəm.”
Qur’anı baş üzərİnə qoyub dua etməyİn qaydası belədİr:
1. Bİkə ya Allah. (10 dəfə)
2. Bİ Məhəmmədİn(s) (10 dəfə)
3. Bİ Əlİyyİn(ə) (10 dəfə)
4. Bİ Fatİmətə(ə) (10 dəfə)
5. Bİl Həsənİ(ə) (10 dəfə)
6. Bİl Hüseynİ(ə) (10 dəfə)
7. Bİ Əlİyyİbn Hüseyn(ə) (10 dəfə)
8. Bİ Məhəmməd İbn Əlİ (10 dəfə)
9. Bİ Cə’fər İbn Məhəmməd(ə) (10 dəfə)
10. Bİ Musa İbn Cə’fər(ə) (10 dəfə)
11. Bİ Əlİyyİbn Musa(ə)(10 dəfə)
12. Bİ Məhəmməd İbn Əlİ (10 dəfə)
13. Bİ Əlİyyİbnİ Məhəmməd(ə)(10 dəfə)
14. Bİ Həsən İbn Əlİ(ə) (10 dəfə)
15. Bİl Höccətİ(ə) (10 dəfə)
Bu mübarək adlara and verən zaman Qur’an başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və dİləklər İstənİlİr. Çünkİ bu adlara and verdİkdən sonra İnsanın duaları mütləq qəbul olunur. Ümumİyyətlə hər kəs Allahı sİdq ürəkdən çağırırsa, Allah həmİn şəxsə cavab verİr. Bu barədə hədİs və rəvayətlər çoxdur. Nümunə üçün bİrİnİ nəzərİnİzə ərz edİrəm.
Həzrət İbrahİm(ə) peyğəmbərİ tonqalın İçİnə atdıqdan sonra Nəmrudun mühasİbİnİ xəzİnənİn hesabı əskİk gəldİyİnə görə tutdular. Mühasİb təqsİrkar olmadığını nə qədər dedİsə,bütlərə nə qədər and İçdİsə, xeyrİ olmadı. Öz canına,balalarının canına və Nəmrudun canına and İçdİ, yenə xeyrİ olmadı. Nəmrud ona İnanmadı,əmr etdİ kİ,onu da İbrahİmİn(ə) yanına ,tonqala atsınlar. Mühasİb gördü kİ,əlİ hər yerdən üzülüb,çarəsİz qalmışdır. Odur kİ,tonqala atılarkən fİkrİnİ cəmləyİb Allahı bİr dəfə ürəkdən səslədİ. Allah-təala mələklərə ona nİcat verməyİ əmr etdİ. Mələklər dedİlər: "İlahİ! O, kafİrdİr və sənİ İnkar edİr. Nİyə ona nİcat verİrsən?”
Allah-təala buyurdu: "O, kafİr də olsa, mənİm adımı bİr dəfə dİlİnə gətİrdİ. Elə buna görə də onun harayına yetİşİn!” 
Görürsünüzmü,mehrİban və mərhəmətlİ Allah öz bəndəsİnə kafİr olsa belə, bİr dəfə səsləməklə necə oddan nİcat verİr? Bəs bİzlərə necə,mərhəmət göstərməzmİ? Ona İman gətİrİb müsəlman olduğumuz,hamının bu gecə evİndə yatarkən məscİdə toplaşıb oyaq qaldığımız halda,göndərdİyİ müqəddəs Qur’anı başımız üzərİnə tutaraq hər şeydən pak olan mə’sum peyğəmbərİnə və İmamlara ağlar gözlə əl açıb and verdİyİmİz halda, bİzİm dualarımızı qəbul etməzmİ? Əlbəttə, qəbul edər. O böyük və mehrİban Allah Qədr gecəsİnİ elə ona görə tə’yİn etmİşdİr kİ,bəndələrİ bu gecənİ oyaq qalıb İbadət etsİnlər,Ondan öz dünya və axİrət umacaqlarını dİlə gətİrsİnlər,Onun özünə,peyğəmbərİnə və mə’sum İmamlara and versİnlər. Beləlİklə,Allah-təala İnşaallah,hamının duasını qəbul edər.
6) Təvəssül etmək.
Bu gecənİn əməllərİndən bİrİ budur kİ, Əhlİ-beytİ Allahla öz aramızda vasİtəçİ qərar verək. Allah-təala Quranda buyurur:
"Ey İman gətİrənlər! Təqvalı olun. Ona (Onun rəhmİnə və lütfünə qovuşmaq üçün) vəsİlə seçİb yol axtarın. 1
Bu ayə bİzə bİldİrİr kİ, Allahla öz aramızda bİr vasİtə tapmalıyıq. İnsanın həyatında çox İşlər vardır kİ, yalnız vəsİlə İlə qaydasına düşür. Sadəcə bİr mİsalı nəzərİnİzə yetİrİrəm. Məsələn ata öz uşağını hansısa nalayİq hərəkətİnə görə evdən qovur. Həmİn uşaq bİr müddətdən sonra evə qayıtmaq İstəyİr. Lakİn atası onun evə gəlməsİ İlə razılaşmır. Həmİn uşaq atasının ən yaxın dostunu və ya adamını tapıb ondan xahİş edİr kİ, əlİndən tutub atasının yanına aparsın. Bİlİr kİ, həmİn şəxsİn vasİtəsİlə və onun hörmətİnə görə atası onu bağışlayar. 
Həzrət Peyğəmbərdən(s) soruşdular: "Ya Rəsulallah, Allahla İnsanlar arasında ən gözəl vasİtələr kİmlərİdİr?” Həzrət Peyğəmbər(s) buyurdu: "Əlİ, Həsən, Hüseyn və Hüseynİn nəslİndən olan İmamlar. Onlar qırılmayan möhkəm dəstəkdİrlər (Ürvətül-vüsqadırlar). Onlar sİzİnlə Allah arasında vasİtədİrlər.”
Başqa bİr hədİsdə belə buyurur: Hər kİm nİcat gəmİsİnə mİnmək İstəyİrsə və hər kəs Allahın möhkəm olan dəstəyİndən və İpİndən yapışmaq İstəyİrsə, məndən sonra Əlİnİn(ə) ətəyİndən möhkəm tutsun. Onun düşmənİnİ özünə düşmən bİlsİn. Həmçİnİn İmamları özünə vasİtəçİ bİlİb onlara İtaət etsİn.
Beləlİklə qədr gecəsİ Quranı başımızın üzərİnə qoyub Peyğəmbərİn, Xanım Fatİmeyİ Zəhranın(s.ə) və on İkİ İmamın adını on dəfə çəkərək Allaha and verməklə günahlarımızın bağışlanmasını və İstəklərİmİzİ dİləyİrİk. Bu əməlİn rəmzİ də budur kİ, bİz Peyğəmbər(s) və Əhlİ-beytİ(ə) Allahla öz aramızda vasİtəçİ qərar verİrİk.

7) Qədr gecəsİnİn namazı. 
Qədr gecəsİndə qılınan bu namazın böyük şərafətİ vardır. Bu namazı məğrİb namazı İlə sübh namazı arasındakı vaxtda qılınır. Bu namazın qaydası belədİr:
Nİyyət: "Qədr gecəsİnİn namazını qılıram: qürbətən İləllah.” Sübh namazı kİmİ İkİ rəkə’tlİdİr. Lakİn hər həmd surəsİndən sonra yeddİ dəfə İxlas (Qul huvəllahu) surəsİ oxunulmalıdır. Namazı qurtaran kİmİ fasİləsİz alını səcdəyə qoyaraq (səcdə halında) yetmİş dəfə "Əstəğfİrullahə və ətubu İləyh” deyİlİr.
İmam Sadİq(ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedİb yetmİş dəfə "Əstəğfİrullahə və ətubu İləyh” deyərsə,səcdədən qalxmamış Allah həm onun özünün, həm də ata-anasının günahlarını bağışlayar.”
Bu namazı qılandan sonra çox yaxşı olar kİ, İnsan bacardığı qədər çox dua etsİn. Həm özünü həm də başqalarını pak nİyyətlə dua etməyİn böyük savabı vardır.

8) Yüz rəkət namaz.
Qədr gecəsİnİn məxsus 100 rük’ət müstəhəb namazı var. Bu namaz sübh namazı kİmİ İkİ rəkət İkİ rəkət qılmaq lazımdır. (Qeyd etmək lazımdır kİ, boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bİlər. Bunun savabı həm 100 rük’ətlİ müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)

9. Quran oxumaq.
Qədr gecəsİndə ən çox savabı olan əməllərdən bİrİ Quran oxumaqdır. Hər kəs Quran oxuya bİlİrsə hədİs və rəvayətlərə əsasən bu gecə Ənkəbut, Rum və Duxansurələrİnİ oxusa böyük əcr və savaba naİl olar.

10) İmam Əlİ(ə) və İmam Hüseynİn(ə) zİyarətİ.
Qədr gecəsİnİn müstəhəbb əməllərİndən bİrİ də İmam Əlİ(ə) və İmam Hüseynİn(ə) zİyarətİdİr.

11) Həzrət Əlİnİn(ə) qatİllərİnə lənət oxumaq.
Bu gecənİn İbadət və əməllərİndən bİrİ də Həzrət Əlİnİn(ə) qatİlİnə lə’nət oxumaqdan İbarətdİr. Yüz dəfə "Allahumməl’ən qətələtə əmİrİlmö’mİnİn.” (Yə’nİ: "İlahİ,Əmİrəl-mö’mİnİn Əlİnİn(ə) qatİl-lərİnə lə’nət et.”)

12) Salavat zİkr etmək.
Peyğəmbər və onun Əhlİ-beytİnə salavat göndərməyİn xüsusİlə qədr gecəsİndə böyük savabı vardır. (Allahummə səllİ əla Məhəmmədİn və alİ Məhəmməd.)

13) Cövşən-kəbİr duasını oxumaq.
Bu duada Allahın mübarək adları yazılmışdır. Hər kəs Allahın adlarını zİkr edİb çağırırsa Allah da həmİn şəxsə cavab verİr. Bu duanı oxumağın çox böyük savabı vardır.

14. İxlas surəsİnİ oxumaq.
Qədr gecəsİndə müstəhəb əməllərdən bİrİ də 1000 dəfə İxlas surəsİnİ oxumaqdır. Hər kəs bu gecə İxlas surəsİnİ oxusa Allah-təala həmİn şəxsə böyük əcr İnayət edər.
Просмотров: 1230 | Добавил: defaultNick | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: